İDMAN


Azərbaycan millisi “TeamGym” üzrə Avropa çempionatında beşinci olub

Bakı, 5 dekabr, AZƏRTAC

Portuqaliyanın Quimareş şəhərində “TeamGym” üzrə Avropa çempionatı keçirilib.

AZƏRTAC Azərbaycan Gimnastika Federasiyasına (AGF) istinadla xəbər verir ki, yarışda ölkəmizi “TeamGym” gimnastika növü üzrə təmsilçilərimiz – Ağamurad Qəhrəmanov, Tofiq Əliyev, Adil Hacızadə, Rəsul Əhmədzadə, Elnur Məmmədov, Ramin Dəmirov, Anar Həsənov və Mənsum Səfərov təmsil ediblər.

Ölkəmiz üçün yeni olan gimnastika növünün nümayəndələri finalda çıxış edərək, həlledici mərhələdə 5-ci yerdə qərarlaşıblar.

“TeamGym” “Avropa Gimnastikası”na aid komanda yarışı növüdür. Azərbaycan Gimnastika Federasiyası (AGF) 2018-ci ilin əvvəlində “TeamGym” növünü öz fəaliyyətinə daxil etməyə qərar verib. 2018-ci ilin oktyabrında yığma komandamız ilk dəfə “TeamGym” üzrə Avropa çempionatına qatılıb (Odivelaş, Portuqaliya) və gənclər yaş kateqoriyasında mübarizə aparıb.

2019-cu ildə Bakıda AGF tərəfindən yerli gimnast və məşqçilər üçün kurslar təşkil edilib. 2020-ci ildə isə “TeamGym” üzrə ilk hakimlərimiz Avropa hakimlik dərəcəsi alıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.