İDMAN


Azərbaycan millisi bədii gimnastika üzrə dünya çempionatının komanda hesabında beşinci yerdədir

Bakı, 16 sentyabr, AZƏRTAC

Bakıda keçirilən bədii gimnastika üzrə 37-ci dünya çempionatında fərdi proqram üzrə halqa və topla təsnifat mərhələsində A qrupundakı çıxışlara yekun vurulub.

AZƏRTAC xəbər verir ki, A qrupunda iki gimnastımız - Zöhrə Ağamirova və Veronika Qudis çıxış edib. Yığmamızın üzvləri Z.Ağamirova 19,000 xalla beşinci, V.Qudis isə 16,950 xalla 16-cı yerdə qərarlaşıblar.

Azərbaycan komanda hesabında 35,950 xalla beşinci pillədədir. Komanda sıralamasında Ukrayna 41,450 xalla birinci, Belarus 40,200 xalla ikinci, Çin isə 37,400 xalla üçüncü pillədə yer alıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.