İDMAN
Azərbaycan millisi cüdo üzrə dünya çempionatına qələbə ilə başlayıb
Bakı, 27 sentyabr, AZƏRTAC
Azərbaycan millisi Bakıda keçirilən cüdo üzrə dünya çempionatına qələbə ilə başlayıb.
AZƏRTAC xəbər verir ki, çempionatın səkkizinci günündə qarışıq komanda yarışları keçirilir. Mübarizəyə 1/8 final mərhələsindən başlayan Azərbaycan millisinin ilk rəqibi Avstriya komandası oldu. Gərgin mübarizə şəraitində davam edən qarşılaşmalar 5:1 hesabı ilə başa çatdı. Bu görüşün qalibi 1/4 finala Yaponiya - Monqolustan cütünün qalibi ilə üz-üzə gələcək.
Millinin heyətində 5 qadın və 6 kişi cüdoçu - Səkinə Zayirova, İçinxorlu Munxtsedev (hər ikisi - 57 kq), Aidə Baxışova, Günel Həsənli (hər ikisi - 70 kq), İrina Kindzerska (+70 kq), Hidayət Heydərov, Rüstəm Orucov (hər ikisi - 73 kq), Məmmədəli Mehdiyev, Tural Safquliyev (hər ikisi - 90 kq), Şahin Qəhrəmanov və Uşangi Kokauri (hər ikisi +90 kq) yer alıb.