İDMAN


Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində ilk qələbəsini qazanıb

Bakı, 30 noyabr, AZƏRTAC

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası dünya çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirib.

AZƏRTAC xəbər verir ki, “Dalğa Arena”da Monteneqro millisi ilə qarşılaşan komandamız 1:0 hesabı ilə qələbə qazanıb.

Millimizin qolunu oyunun 24-cü dəqiqəsində Ayşən Əhmədova vurub.

Qeyd edək ki, millimiz daha əvvəl Danimarka (0:8), Malta (1:2) və Monteneqroya (0:2) məğlub olub. Rusiya seçməsi ilə keçirilən hər iki görüşdə təmsilçimiz uduzub – 0:2 və 0:4.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.