İDMAN


Azərbaycan millisi ilə oyun üçün Ukrayna yığmasının yekun heyəti açıqlanıb

Bakı, 17 may, AZƏRTAC

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi ilə Qızıl Avropa Liqasının “A” qrupunda mübarizə aparacaq Ukrayna yığmasının yekun heyəti açıqlanıb.

AZƏRTAC xəbər verir ki, Ukrayna millisinin baş məşqçisi Qariy Aqiazarov turnirdə 14 voleybolçuya şans verəcək.

Heyətdə Kristina Nemtseva, Lyudmila Osaçuk, Aleksandra Peretyatko, Alla Politanskaya, Yuliya Qerasimova, Anastasiya Karaseva, Diana Karpets, İrina Truşkina, Karina Denisova, Katerina Kalçenko, Anastasiya Krayduba, Nadejda Kodola, Anna Kiriçenko və Anna Stepanyuk yer alıblar.

Turnirin “A” qrupunda Azərbaycan və Ukrayna yığmalarından başqa, Portuqaliya və Bolqarıstan milliləri də mübarizə aparacaq.

Qeyd edək ki, qrup qalibləri, həmçinin ən yaxşı ikinci yerin sahibi iyunun 14-15-də “Dördlər finalı”nda mübarizəni davam etdirəcək. “B” qrupunda Xorvatiya, Finlandiya, Macarıstan, Fransa, “C” qrupunda isə Slovakiya, Belarus, İspaniya və Çexiya milliləri yarışacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.