İDMAN


Azərbaycan millisi ilə oyunda İsveç yığması fasiləyə üstün yollanıb

Bakı, 27 mart, AZƏRTAC

Futbol üzrə “Avro-2024”ün seçmə mərhələsinin ikinci turu çərçivəsində keçirilən İsveç - Azərbaycan oyununun birinci hissəsi başa çatıb.

AZƏRTAC xəbər verir ki, Stokholm şəhərindəki “Friends Arena”da oynanılan matçda hesabı İsveç millisi açıb. Matçın 38-ci dəqiqəsində Emil Forsberq adını tabloya yazdırıb. Görüşün ilk hissəsi İsveç seçməsinin minimal üstünlüyü ilə yekunlaşıb – 1:0.

Bu matç millimizin Avropa çempionatlarının seçmə mərhələlərində 70-ci oyunudur. Komandamız qitə çempionatlarında 1994-cü ildə debüt edib. İlk matçını “Avro-1996”nın seçmə mərhələsində keçirən komandamız bu matçadək 69 oyuna çıxıb. Millimizin hesabında 6 qələbə və 10 heç-heçə var. Yığmamız bu müddətdə 53 dəfə uduzub. 42 qol vuran komanda 169 top buraxıb.

Qeyd edək ki, F qrupunun ilk turunda hər iki komanda böyük hesabla məğlub olub. Belə ki, Azərbaycan millisi səfərdə Avstriya yığmasına 1:4, İsveç isə doğma meydanda Belçikaya 0:3 hesabı ilə uduzub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.