İDMAN


Azərbaycan millisi ilə yoldaşlıq oyunu keçirəcək Litva yığması heyətini açıqlayıb

Bakı, 12 mart, AZƏRTAC

Martın 25-də futbol üzrə Azərbaycan milli komandası ilə yoldaşlıq oyununda qarşılaşacaq Litva yığmasının heyəti açıqlanıb.

AZƏRTAC AFFA-ya istinadla xəbər verir ki, heyətdə qapıçılar - Ernestas Setkus (“Hapoel” Hayfa, İsrail), Dzyuqas Bartkus (“Hapoel İroni”, İsrail), Emiliyus Zubas (“Bney Yehuda”, İsrail), müdafiəçilər - Algis Yankauskas, Vaydas Slaviçkas, Vitautas Andriuskeviçyus (hamısı “Suduva"), Rolandas Baravikas (“Jalgiris”), Markas Palionis (“Reqensburq”, Almaniya), Rimvidas Sadauskas (“Stumbras”), Linas Klimaviçyus (“Dinamo” Buxarest, Rumıniya), Valdemar Borovski (“Trakai”), yarımmüdafiəçilər - Vikintas Slivka (“Hibernian”, Şotlandiya), Arturas Julpa (“Tobol”, Qazaxıstan), Donatas Kazlauskas (“Trakai”), Deymantas Petraviçyus (“Falkirk”, Şotlandiya), Mantas Kuklis (“Jetısu”, Qazaxıstan), Saulius Mikolyunas, Modestas Vorobyovas (hər ikisi “Jalgiris”), Yustinas Malajas (“Riterai”), hücumçular - Fedor Çernıx (“Dinamo” Moskva, Rusiya), Arvidas Novikovas (“Yagelloniya”, Polşa), Neriyus Valskis (“Hapoel” Təl-Əviv, İsrail), Paulius Qolubiçkas (“Suduva”) yer alıblar.

Qeyd edək ki, Azərbaycan-Litva yoldaşlıq oyunu saat 18:00-da “Bakcell Arena”da start götürəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.