İDMAN


Azərbaycan millisi qılıncoynatma üzrə Avropa çempionatında mübarizə aparıb

Bakı, 28 fevral, AZƏRTAC

Estoniyanın paytaxtı Tallin şəhərində keçirilən qılıncoynatma üzrə yeniyetmə və gənclərin Avropa çempionatına yekun vurulub.

Azərbaycan Qılıncoynatma Federasiyasından AZƏRTAC-a bildiriblər ki, sonuncu yarış günündə gənc qız şpaqaçılar və gənc oğlan sablyaçıların komanda yarışında qaliblər müəyyənləşib.

Xədicə Həsənli, Nazilə Rəhimova, Azərin İdriszadə və Aynur Quliyevadan ibarət şpaqa üzrə Azərbaycan millisi ilk görüşdə Finlandiya yığmasına 45:28 hesabı ilə qalib gəlsə də, ən güclü səkkizliyə yüksəlmək uğrunda keçirilən görüşdə İsraili təmsil edən seçmə kollektivə 29:45 hesabı ilə uduzub.

Murad Əkbərov, Maqsud Hüseynli, Saleh Məmmədov və Ayxan Xasıyevdən ibarət sablya üzrə komandamız ilk görüşdə Macarıstan yığmasına 31:45 hesabı ilə uduzub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.