İDMAN


Azərbaycan millisi qol güləşi üzrə XXXI Avropa çempionatında tarixi uğura imza atıb

Bakı, 11 may, AZƏRTAC

Azərbaycan millisi Rumıniyanın paytaxtı Buxarestdə keçirilən qol güləşi üzrə XXXI Avropa çempionatında tarixi uğura imza atıb.

Azərbaycan Qol Güləşi Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yığma komandamız yarışda 12 medal qazanıb. Belə ki, yığmamızın üzvlərində İbrahim Cəlilov, İsmayıl Mustafayev, Rəşad Quluzadə, Tərxan Müzəffərov və Orxan İsayev həm sol, həm də sağ qolda bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Daha bir idmançımız Əhməd Mahmudov isə hər iki qolda finaladək yüksələrək iki gümüş medal əldə edib.

Beləliklə, Azərbaycanın yeniyetmə və gənclərdən ibarət qol güləşi üzrə milli komandası 10 qızıl və 2 gümüş olmaqla, ümumilikdə 12 medal qazanaraq XXXI Avropa çempionatında 25 ölkə arasında birinci yerə layiq görülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.