İDMAN


Azərbaycan millisi yoldaşlıq oyununda inamlı qələbə qazanıb

Bakı, 9 sentyabr (AZƏRTAC). Latviyanın Liepaya şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib.

AFFA-dan AZƏRTAC-a bildiriblər ki, latviyalı həmyaşıdları ilə qarşılaşan yığmamız 6:0 hesabı ilə qələbə qazanıb.

Qolları Emin Zamanov, Mənsur Nəhavəndi, Budaq Nəsirov, Bəhlul Mustafazadə, Vadim Ağarəhimov və Elnur Cəfərov vurublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.