İDMAN


Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində keçirəcəyi oyunların stadionları müəyyənləşib

Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində keçirəcəyi oyunların stadionları müəyyənləşib

Bakı, 13 aprel, AZƏRTAC

İyirmi bir yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycan millisinin keçirəcəyi oyunların stadionları müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, millimiz iyunun 3-də, Parnu şəhərindəki “Parnu Rannastaadion”da Estoniya, iyunun 7-də isə Helsinkidə, “Helsinki Football Stadium”da Finlandiya yığması ilə qarşılaşacaq.

Estoniya ilə oyun saat 20:00-da, Finlandiya yığması ilə qarşılaşma isə 17:00-da başlayacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.