İDMAN


Azərbaycan millisinin Lüksemburq və Qətər ilə oyunlar üçün biletləri satışa çıxarılıb

Bakı, 26 oktyabr, AZƏRTAC

Dünya çempionatının seçmə mərhələsi çərçivəsində noyabrın 11-də keçiriləcək Azərbaycan – Lüksemburq qarşılaşmasının, həmçinin noyabrın 14-də təşkil olunacaq Azərbaycan – Qətər yoldaşlıq oyununun biletləri bu gündən satışa çıxarılıb.

AZƏRTAC AFFA-ya istinadla xəbər verir ki, COVIR-19 pandemiyası ilə əlaqədar qarşılaşmaya stadionun azarkeş tutumunun 50%-i qədər azarkeş buraxılacaq.

Həm Lüksemburq, həm Qətərlə oyunun biletlərini iticket mobil tətbiqi, veb saytı və ya “Gənclik Mall” və “28 Mall”da yerləşən iticket bilet satış məntəqələrindən əldə etmək olar.

Pandemiya ilə əlaqədar təması minimuma endirmək məqsədilə biletlər elektron formada təqdim ediləcək. Mobil tətbiq və ya veb-saytdan elektron bilet əldə etdikdə, həmin bilet alıcının e-mail ünvanına göndərilir və ya şəxsi kabinetində görünür.

Bilet satış məntəqəsindən bilet əldə etdikdə, elektron bilet alıcının e-mail ünvanına göndərilir, ehtiyac olarsa, A4 formatında çap edilib təqdim olunur. Oyun günü stadiona daxil olmaq üçün elektron bileti telefondan oxutmaq və ya A4 formatında çap edilmiş bileti təqdim etmək olar.

Biletlərin qiymətləri kateqoriyalara uyğun olaraq 2, 5, 10 və 15 manatdır.

Azarkeşlər stadiona COVID-19-la bağlı sanitar-gigiyenik prosedurlara riayət olunması şərtilə buraxılacaq.

Hər iki oyun saat 21:00-da Bakı Olimpiya Stadionunda start götürəcək.

 

 

 

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.