İDMAN


Azərbaycan millisinin Polşa və Yunanıstan yığmaları ilə oyunlar üçün heyəti açıqlanıb

Bakı, 3 oktyabr, AZƏRTAC

Futzal üzrə dünya çempionatının əsas mərhələsi çərçivəsində oktyabrın 7-də Bakıda Polşa, 4 gün sonra səfərdə Yunanıstan yığması ilə qarşılaşacaq Azərbaycan millisi təlim-məşq toplanışına başlayıb.

AZƏRTAC Azərbaycan Futzal Federasiyasına istinadla xəbər verir ki, oktyabrın 9-dək Bakıda, oktyabrın 10-dan 12-dək Afinada hazırlıq prosesi keçirəcək millimizin heyətinə 15 oyunçu dəvət olunub.

Heyətdə Rövşən Hüseynli (“Araz-Naxçıvan”), Emin Kürdov (“Neftçi”), Cavad Məmmədov, Felipinyo, Xəzər Ağalızadə (hər üçü “Araz-Naxçıvan”), Amir Shojaei, Hadi Ahmadi (hər ikisi “Bayterek”, Qazaxıstan), Amadeu (“Marreko”, Braziliya), Rafael Vilela (“Kayrat”, Qazaxıstan), Everton Cardoso (“Bintang Timur”, İndoneziya), Oktay Rüstəmli (“Araz-Naxçıvan”), FineoDe Araujo, Tyaqo Bolinha (hər ikisi “Sportinq Paris”, Fransa), Fərid Ələkbərov (“Araz-Naxçıvan”) və Poletto Fabio Joze (“Active Network”, İtaliya) yer alıblar.

Braziliyanın “Marreko” klubunun üzvü Amadeu oktyabrın 4-də, Qazaxıstanın “Bayterek” klubunda çıxış edən Amir Shojaei və Hadi Ahmadi isə oktyabrın 5-də milliyə qoşulacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.