İDMAN


Azərbaycan millisinin Qızıl Avropa Liqası üçün ilkin heyəti açıqlanıb

Bakı, 6 may, AZƏRTAC

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin Qızıl Avropa Liqası üçün ilkin heyəti açıqlanıb.

AZƏRTAC xəbər verir ki, turnirdə iştirak üçün sifariş vərəqinə 20 oyunçu daxil edilib.

Heyətdə 3 libero, 5 toppaylayıcı, 7 blokçu və 5 hücumçu yer alıb.

İlkin heyətə liberolar - Leyla Parşkova, Bəyaz Əliyeva, Yuliya Kərimova, toppaylayıcılar - Yana Doroşenko, Valeriya Kondratyeva, Kristina Yaqubova, Raziyə Əliyeva, Şəfaqət Alışanova, blokçular - Ayşən Abduləzimova, Nilufər Ağazadə, Anastasiya Mertsarova, Olena Xarçenko, Kseniya Pavlenko, Mariya Kirilyuk, Larisa Smertsova, hücumçular - Anastasiya Qurbanova, Marqarita Stepanenko, İlhamə Əliyeva, Anastasiya Bayduk və Odina Əliyevanın adı daxil edilib.

Qızıl Avropa Liqasının "A" qrupunda yer alan yığmamız Fransa, İspaniya və Rumıniya ilə mübarizə aparacaq. Komandamız qrup mərhələsinə iyunun 6-da Rumıniya ilə görüşlə start verəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.