İDMAN


Azərbaycan millisinin Türkmənistan yığma komandası ilə yoldaşlıq oyunu ləğv olunub

Bakı, 11 avqust, AZƏRTAC

Türkmənistan yığma komandası avqustun 10-dan 20-dək Bakıda təlim-məşq toplanışı, hazırlıq prosesi çərçivəsində Azərbaycan millisi ilə avqustun 17-də və 19-da yoldaşlıq oyunları keçirməli idi.

AZƏRTAC Azərbaycan Futzal Federasiyasının rəsmi saytına istinadla xəbər verir ki, sənədləşmə prosesini vaxtında etmədiyinə və ölkəmizə giriş üçün viza ala bilmədiyinə görə, Türkmənistan millisinin Bakıya səfəri təxirə salınıb. Buna görə də, Azərbaycan millisinin bu rəqiblə keçirəcəyi oyunlar, eləcə də avqustun 9-dan 20-dək nəzərdə tutulan təlim-məşq toplanışı ləğv olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.