İDMAN
Azərbaycan millisinin Yaponiyada təşkil olunan dünya çempionatının ikinci mərhələsindəki rəqibləri müəyyənləşib
Bakı, 4 oktyabr, AZƏRTAC
Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin Yaponiyada təşkil olunan XVIII dünya çempionatının ikinci mərhələsindəki rəqibləri müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, voleybolçularımız növbəti mərhələdə Çin, İtaliya, Rusiya, ABŞ, Tailand, Türkiyə və Bolqarıstanla eyni qrupda mübarizə aparacaqlar.
Millimiz ilk mərhələdə Koreya Respublikasına (3:1) və Trinidad və Tobaqoya (3:0) qalib gəlsə də, ABŞ-a (0:3), Rusiyaya (0:3) və Tailanda (3:1) məğlub olub.
Qeyd edək ki, oktyabrın 20-də başa çatacaq dünya çempionatı 3 mərhələ və pley-offdan (yarımfinal və final) ibarətdir.