İDMAN


Azərbaycan millisinin futbolçusu Almaniya klubunun tarixinə düşüb

Bakı, 23 oktyabr, AZƏRTAC

Futbol üzrə Azərbaycan millisinin üzvü Dmitri Nazarov Almaniyanın “Aue” klubunun tarixinə düşüb.

AZƏRTAC xəbər verir ki, D.Nazarov klubun heyətində penaltidən ən çox qol vuran futbolçu adına sahib olub. Belə ki, D.Nazarov buna II Bundesliqanın X turunda evdə “Nürnberq”i 4:3 hesabı ilə məğlub etdikləri matçın 62-ci dəqiqəsində 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirməklə nail olub.

İndiyədək 12 penaltidən 11-ni qola çevirən futbolçu 2003-2008-ci illərdə 10 dəfə fərqlənən Yorq Emmerixin rekordunu yeniləyib.

Qeyd edək ki, D.Nazarov 2016-cı ilin yayından “Aue”nin şərəfini qoruyur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.