İDMAN


Azərbaycan millisinin rəqibi V İslam Həmrəyliyi Oyunları üçün yekun heyətini açıqlayıb

Bakı, 1 avqust, AZƏRTAC

Kişi həndbolçulardan ibarət Türkiyə millisinin Konya şəhərində keçiriləcək V İslam Həmrəyliyi Oyunları üçün yekun heyəti açıqlanıb.

AZƏRTAC xəbər verir ki, Türkiyə millisinin heyətində qapıçılar – Enis Yatkın (“Beşiktaş Yurtbay Seramik”), Hüseyin Bərəkət (“Nilüfər Bələdiyəspor”), sol cinah oyunçuları - Samet Kamberoğlu (“Bəykoz Bələdiyəspor”), Enis Harun Hacıoğlu (“Beşiktaş Yurtbay Seramik”), sol oyun qurucuları - Baran Nalbantoğlu (“Beşiktaş Yurtbay Seramik”), Fatih Çalkamış (“Nilüfər Bələdiyəspor”), Sədat Yıldırım (“Sakarya BB”), orta oyun qurucuları - Gökay Bilim (“Beşiktaş”), Atakan Şirin (“Spor Toto”), Əray Karakoç (“Trabzon BB”), sağ oyun qurucuları - Durmuş Ali Tınkır (“Spor Toto”), Cemal Kütahya (“Hatay BB”), sağ cinah oyunçuları - Doğukan Kəsər, Şevkət Yağmuroğlu (“Beşiktaş Yurtbay Seramik”), pivotlar - Alpər Aydın (“Bəykoz Bələdiyəspor”) və İlkan Kələşoğlu (“Hatay BB”) yer alıblar.

Qeyd edək ki, həndbol yarışları avqustun 7-14-də Konya Səlçuklu Bələdiyyəsi Beynəlxalq İdman Zalında keçiriləcək. Türkiyə millisi B qrupunda avqustun 8-də Bakı vaxtı ilə saat 16:00-da İranla, avqustun 10-da eyni vaxtda Azərbaycanla üz-üzə gələcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.