MƏDƏNİYYƏT
“Azərbaycan muğamının şahzadəsi” Şanxayda konsert verəcək
Oktyabrın 16-da səhnəyə çıxacaq xanəndənin çıxışından əvvəl musiqişünas, UNESCO-nun eksperti Sənubər Bağırova iştirakçılara Azərbaycan musiqisi, muğamları haqqında məlumat verəcək.
Q.Əsgərov AZƏRTAC-a bildirib ki, bu dəvət ona dünya ulduzlarının konsertini təşkil edən məşhur menecer Lijiang Tang tərəfindən edilib. İngiltərədəki konsertimi dinləyən menecer mənim səsimi festival dinləyicilərinə eşitdirmək qərarına gəlib. Konsertdə “Mahur”, “Şur” muğamları, “Bayatı-Şiraz”, “Şüştər” təsnifləri və xalq mahnılarını səsləndirəcəyəm.
Xanəndəni tarda Şəhriyar İmanov, kamançada Elnur Mikayılov, nağarada Kamran Kərimov müşayiət edəcək.
Konsertin afişaları artıq Şanxayın küçələrinə vurulub. Orada Qoçaq Əsgərov ictimaiyyətə “Azərbaycan muğamının şahzadəsi” kimi təqdim edilib.