ELM VƏ TƏHSİL


“Azərbaycan mühacirət ədəbiyyat kitabxanası” seriyasından IV kitab çapdan çıxıb

Bakı, 8 iyun, AZƏRTAC

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun təsis etdiyi “Azərbaycan mühacirət ədəbiyyat kitabxanası” seriyasından IV kitab – Teymur Atəşlinin “Seçilmiş əsərləri” “Elm və təhsil” nəşriyyatında çapdan çıxıb.

Bu barədə AZƏRTAC-a institutun İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib. Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəylinin baş redaktorluğu ilə nəşr edilən seriyanın bu cildinə Azərbaycan mühacirət ədəbiyyatının tanınmış nümayəndəsi Teymur Atəşlinin şeirləri, “Stalinqrad cəhənnəmində 95 gün döyüşən türk” adlı savaş xatirələri, “Tuzaq” pyesi və publisistik məqalələri daxil edilib. Mühacir yazarın ədəbi irsi kitab halında ilk dəfə Vətənində nəşr olunur.

Teymur Atəşlinin “Seçilmiş əsərləri”ni ilk mənbələr əsasında tərtib edən, “Ön söz” və qeydlərin müəllifi filologiya elmləri doktoru Nikpur Cabbarlı, cildin məsul redaktoru isə filologiya üzrə fəlsəfə doktoru Arif Acaloğludur.

İnstitutda “Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası” seriyasının növbəti cildləri üzərində işlər davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.