İQTİSADİYYAT


Azərbaycan mülkiyyət hüququnun qorunmasına görə MDB-də liderdir

Azərbaycan mülkiyyət hüququnun qorunmasına görə MDB-də liderdir

Bakı, 17 avqust, AZƏRTAC

Qlobal reytinqdə Azərbaycan mülkiyyət hüququnun qorunmasına görə MDB-də lider olmaqla yanaşı keçən ilə nisbətən 13 pillə irəliləyərək 129 ölkə arasında 67-ci yerdə qərarlaşıb.

AZƏRTAC xəbər verir ki, “Beynəlxalq Mülkiyyət Hüquqları İndeksi-2020”nin (International Property Right Index-2020) hesabatında Azərbaycanın indeksi 5,348 olub.

Azərbaycan Gürcüstanı 6, Ermənistanı 16, Qazaxıstanı 18, Rusiyanı 21, Ukraynanı 38 və Moldovanı 44 pillə geridə qoyub. Ölkəmizin lider olduğu kateqoriyalara məhkəmələrin müstəqilliyi, fiziki əmlakın qorunması, mülkiyyətin qeydiyyatı, kreditlərin əlçatanlığı, intellektual mülkiyyətin qorunmasının dərk edilməsi daxildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.