REGİONLAR


Azərbaycan multikulturalizmi seriyasından olan nəşrlər Xaçmazda təqdim edilib

Xaçmaz, 26 yanvar, Elxan Yusifli, AZƏRTAC

Yanvarın 26-da Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən son illərdə çap olunan nəşrlər Xaçmazda təqdim olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Xaçmaz rayonu Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə dini və milli icma rəhbərləri iştirak ediblər.

Tədbirdə təqdim olunan kitablar haqqında ətraflı məlumat verilib. Bildirilib ki, Azərbaycan multikulturalizmi seriyasından olan “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabında Azərbaycan ədəbiyyatının bütün dövrlərində yazıb-yaradan sənətkarların əsərlərində öz əksini tapan multikultural dəyərlər toplanıb, onların yaradıcılığı tamamilə yeni rakursdan təqdim edilib. “Azərbaycan multikulturalizminin elmi-fəlsəfi və ictimai-publisistik qaynaqları” adlı ikinci kitabda elmi ənənədə qəbul edilmiş mədəni müxtəliflik qədim zamanlardan indiki dövrə qədər təsvir edilir. Azərbaycan, rus və ingilis dillərində çap olunmuş “Qafqaz Albaniyasının etno-mədəni irsi” kitabında isə Qafqaz Albaniyasını tarixi, arxeoloji, etnoloji, etnoqrafik, memarlıq və incəsənət aspektindən tədqiq edən məqalələr toplanıb. Rusiya, Polşa, Türkiyə, Norveç, İtaliya, Yaponiya və Azərbaycan alimlərinin araşdırmalarından ibarət topluda ermənilərin Qafqaz Albaniyası irsini sahiblənməsi faktlarına da aydınlıq gətirilib.

Tədbirdə “Azərbaycan multikulturalizmi” dərsliyi və ləzgi dilində çap olunan “Əli və Nino” əsəri haqqında da məlumat verilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.