Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Azərbaycan multikulturalizmi və erməni icması

Azərbaycan multikulturalizmi və erməni icması

Bakı, 6 oktyabr, AZƏRTAC

Hazırda qlobal dünyada ən aktual mövzulardan biri müxtəlif etnik və dini icmaların birgəyaşama anlayışıdır. Məhz bu tendensiya multikulturalizmin tərkib hissəsidir. Mövzunun həm nəzəri, həm də praktiki tərəfləri mövcuddur. Digər tərəfdən, müasir dünyada cərəyan edən etnik münaqişələri də pozitiv və neqativ nəticələri baxımından multikulturalizm kontekstində təhlil etmək mümkündür. Bu kontekstdə qeyd etməliyəm ki, yazının əsas qayəsi, ümumiyyətlə, Azərbaycanda yaşayan erməni icmasının multikultural situasiyasını təsvir və təhlil edərək perspektivlər istiqamətində mülahizələri təqdim etməkdir. Bu məsələ İkinci Qarabağ müharibəsindən sonra daha da əhəmiyyət qazanıb.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan Dillər Universiteti rektorunun məsləhətçisi iqtisad üzrə fəlsəfə doktoru Anar Osmanlının “Azərbaycan multikulturalizmi və erməni icması” sərlövhəli məqaləsində yer alıb. Məqaləni təqdim edirik.

Məlum olduğu kimi, Azərbaycan tarix boyu müxtəlif etnosların və konfessiyaların yaşadığı ölkə olub və hazırda da belə davam edir. Tarixi təcrübə göstərir ki, etnos və konfessiyalara qarşı Azərbaycanda heç bir zaman assimilyasiya və izolyasiya tətbiq olunmayıb. Əgər belə olsaydı, Azərbaycanda qeyri-rəsmi məlumata görə, 35-ə yaxın etnos və müxtəlif qeyri-müsəlman konfessiyaların günümüzə qədər gəlib çıxması mümkün olmazdı. Məhz dövlət siyasəti olaraq hazırda Azərbaycanda mədəni müxtəliflik və multikulturalizm bu kontekstdə tətbiq edilir. Ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyevin siyasi kursunda bu məsələ çoxşaxəli şəkildə özünü büruzə verir. Ulu Öndərin bu fikri birbaşa məqalənin mövzusunu da ehtiva edir: “Azərbaycan əhalisinin çoxmilli tərkibi bizim sərvətimizdir, üstünlüyümüzdür. Biz bunu qiymətəndiririk və qoruyub saxlayacağıq… Azərbaycan onun ərazisində yaşayan bütün millət və xalqların ümumi vətənidir”.

Tarix faktlara istinadən deyə bilərik ki, ermənilər Qafqaza gəlmə xalqlardan hesab olunur. Müxtəlif dövrlərdə onların buraya kütləvi şəkildə köçürülməsi böyük dövlətlərin siyasi maraqları sayəsində olub. Xüsusilə Kürəkçay, Gülüstan və Türkmənçay müqavilələrini burada qeyd edə bilərik. XIX əsrin sonundan etibarən erməni icması Azərbaycanın əzəli, əbədi torpaqlarına qarşı iddia ilə çıxış etdi. Buraya 1905-ci ildə erməni-müsəlman davası, 1918-ci il mart soyqırımı, bolşeviklərin səyi ilə Zəngəzurun ermənilərə verilməsi və nəhayət, müasir Azərbaycan tarixində Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalı daxildir.

44 günlük Vətən müharibəsində qazandığımız Zəfər nəticəsində torpaqlarımız işğaldan azad olunub. Qarabağ iqtisadi rayonu yaradılıb və Qarabağ Azərbaycanın inzibati bölgəsi olaraq qəbul edilir. Multikulturalizmin müasir dünyada funksional rolu haqqında Prezident İlham Əliyevin fikirləri xüsusi əhəmiyyət kəsb edir: “...bəzi bəyanatlar bizi məyus edir ki, multikulturalizm iflasa uğradı, multikulturalizmin gələcəyi yoxdur. Bu, çox təhlükəli bəyanatlardır. Qeyd etməliyəm ki, multikulturalizmin müasir dünyada alternativi yoxdur. Çünki dünya ölkələrinin mütləq əksəriyyəti çoxmillətli ölkələrdir. Əgər multikulturalizm iflasa uğrayıbsa, onda bunun alternativi nə ola bilər? Bu da çox aydındır. Bu, ayrı-seçkilikdir, irqçilikdir, ksenofobiyadır, islamofobiyadır, antisemitizmdir” .

Azərbaycanın multikultural siyasəti kontekstində erməni icmasının dövlətin multikultural təhlükəsizlik prinsipi ilə birbaşa əlaqəsi var. Belə ki, ölkə daxilində milli və dini icmaların mühafizəsi milli təhlükəsizliyin vacib komponenti kimi anlaşılır, bu yeni paradiqma ölkə daxilində multikulturalizm situasiyasını siyasi dayanıqlığın təminatçısı qismində nəzərdə tutur. Buna görə də multikultural təhlükəsizliyi şərtləndirən prinsip vahid dövlətdə yaşayan müxtəlif etnik, dini, sosial, siyasi, iqtisadi, nəsillərarası təbəqələşmələrin yaratdığı multikultural durumun qorunub saxlanması və inkişaf etdirilməsidır. Əlbəttə, bu situasiyanın əsas qaynağı etnik və dini müxtəliflik amili olduğundan diqqət başlıca olaraq ayrı-ayrı etnik və dini icmaların birgəyaşayış maraqlarının təmin olunmasına yönəldilib.

Azərbaycan multikulturalizmi çərçivəsində erməni icmasının birgəyaşama prinsipinə müvafiq olaraq ölkəmizdə mövcudluğunu məşhur multikulturalizm tədqiqatçısı Pol Duymoçelin görüşlərinə istinadən təhlil edə bilərik. Tədqiqatçının fikrincə, multikulturalizm termininin ikinci səviyyədəki mənası cəmiyyətdəki etnik-mədəni müxtəlifliyə münasibətdə dövlət tərəfindən aparılan konkret siyasətlə bağlıdır. Belə ki, cəmiyyətdəki multikultural situasiyanı idarə etmək məqsədilə dövlət bir neçə mümkün siyasət sırasında multikulturalizm siyasətinə də müraciət edir. Bu mənada işlədilən multikulturalizm termini dövlətin cəmiyyətdəki etnik-mədəni müxtəlifliyə reaksiyasını, daha konkret desək, bu müxtəlifliyin qorunmasını, eləcə də bəzi hallarda hətta inkişaf etdirilməsini nəzərdə tutan multikulturalizm siyasətini ehtiva edir. Azərbaycanın, ölkəmizdə yaşayan və yaşayacaq erməni icması ilə bağlı bundan öncə və indi də təqdim etdiyi sülh sazişinə uyğun təklifləri məşhur multikulturalizm tədqiqatçılarının dedikləri prinsiplərə uyğundur. Sülh sazişindən sonra Azərbaycanda yaşayan digər etnik və dini qruplar kimi erməni icması da bundan sonra eyni bərabərhüquqlu xarakterə malik olacaqdır.

Digər tərəfdən, məşhur multikulturalizm tədqiqatçısı Çarlz Teylorun elmi ədəbiyyatda ortaya atdığı “tanınma siyasəti” (policy of recognition) anlayışı da sülh anlayışımızı və tarixi dövlətçilik ənənəmizi dəstəkləyir. Bu anlayışa görə hər bir multikultural dövlət öz daxilində yaşayan milli və dini icmaları tanımalı və onların inkişafına təkan verməlidir. Bu, Vil Kimlikanın da qeyd etdiyi kimi, “multikultural vətəndaşlıq” tendensiyasını inkişaf etdirir. Müasir multikultural elmi arqumentlərə əsasən qeyd etməliyəm ki, Qarabağda yaşayan erməni icması, o cümlədən ümumən Azərbaycanda yaşayan erməni icması Azərbaycan multikulturalizmi kontekstində dövlət tərəfindən tanınır. Bunun xüsusi təcrübəsini və nümunəsini Azərbaycanda yaşayan digər etnik və dini icmaların timsalında görmək mümkündür. Bu baxımdan dövlətimizin yürütdüyü siyasət nəticəsində multikultural mühitin inkişafı hər gün artmaqdadır.

Nəticədə, Ermənistanın və xüsusilə Qarabağda yaşayan Azərbaycanın erməni icmasının yuxarıda qeyd olunan məqamları anlaması vacibdir. Azərbaycanın yaxın vaxtlarda Ermənistana təklif etdiyi beş prinsipdə də bu məsələlərə toxunulur. Ümumiyyətlə, Qafqazda sülhün və multikultural mühitin bərqərar olması üçün ermənilər bu reallığı qəbul etməlidirlər. Çünki bunu hərbi-siyasi situasiya və qlobal arenada elmi arqumentləri ilə multikulturalizm tendensiyası təlqin edir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oğuz sakinlərindən nəcib təşəbbüs - yanmış meşə sahələri bərpa edilir FOTO

“Heydər Əliyev və Azərbaycan mərasim mədəniyyəti” kitabı çapdan çıxıb

“Hoa Lo” həbsxanası - Fransanın Vyetnamdakı cinayətlərinin şahidi

İnzibati Xətalar Məcəlləsinin bir sıra maddələri üzrə cərimələrin məbləği artırılır

“Şahin” hərbi-idman oyununun Şəki rayon turunda 11 komanda mübarizə aparıb

Elektroenergetika və bərpaolunan enerji sahəsində Texniki Komitə yaradılıb

Məktəbəhazırlıq qruplarında, 4-cü və 6-cı siniflərdə şagirdlərin yerdəyişmə prosesi dayandırılacaq

“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib

Müasir imperializm ideyasının sələfi olan Qərb merkantilizmi indi də Ermənistanı “xərcləyir” - ŞƏRH

İKTA operator və provayderlərə radiotezliklərdən səmərəli istifadəni tövsiyə edib

Cinayət-Prosessual Məcəlləyə təklif edilən bir sıra dəyişikliklər təsdiqlənib

Görkəmli ədibin 125 illiyi adını daşıdığı kitabxanada qeyd edilib

Alzheimer xəstəliyi orqan nəqli ilə də yayıla bilər

Hüquqşünas kimi 5 ildən artıq işləyən Azərbaycan vətəndaşları hakim ola biləcəklər

Aprelin 15-dən 19-dək ölkəmizdə quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcək

Ramiz Əskərin yaradıcılığında əski və çağdaş türk abidələrinin tədqiqi və tərcüməsi - seminar

Ermənistanda Vladimir Solovyovun verilişlərinin yayımı dayandırılıb

Kukla Teatrı aprel repertuarını açıqlayıb

“Qarabağ”ın qapıçısı Azərbaycan və Rusiya çempionatlarını müqayisə edib

35 ailədən ibarət növbəti köç karvanı Füzuliyə çatıb

Qubada 3-cü “Aqrobiznesin İnkişafı Forumu” keçirilir

Yunis Hüseynov: “Qarabağ” bütün oyunlarını uduzsa belə, çempion olacaq

Mülki Prosessual Məcəlləyə dəyişikliklər təsdiqlənib

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edəcək

Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində layihələrin həyata keçirilməsi üzrə komissiyanın iclası keçirilib

Azərbaycanda su təchizatı və kanalizasiya sisteminə qoşulmanın qayda və şərtləri yenilənəcək

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 132-ci kitabı çapdan çıxıb

Bərdədə “Peşə təhsili və özəl dövlət əməkdaşlığı” mövzusunda regional forum keçirilir

Bill Qeyts: Süni intellekt gələcəkdə asan tapşırıqları da yerinə yetirə bilməyəcək

İqlim dəyişikliyi saatların bir saniyə itirməsinə səbəb ola bilər

Azərbaycanın su qıtlığı probleminin həllində əldə edilən irəliləyişlər müzakirə edilib

Valideynlik hüququndan məhrumetmə barədə iddia qaldıra bilənlərin sayı artırılır

Nazir: TDT-nin platformasından istifadə etməklə biz aqrar sektorun inkişafına töhfə verə bilərik

Türkiyəli nazir: Zəlzələ zonasında 300 min obyekt tikilir

Ölkəmiz ABŞ-da Oyun Tərtibatçıları Konfransında təmsil olunub

Kiyev və Varşava təhlükəsizlik zəmanəti barədə saziş imzalamağı planlaşdırır

Azərbaycan gimnastları Dünya Kubokunda iştirak edəcəklər

ABŞ husilərə aid daha dörd PUA-nın vurulduğunu bildirib

FHN: Ötən sutka ərzində 2-si azyaşlı olmaqla 5 nəfər xilas edilib

Vaşinqtonda Hirşhorn kolleksiyasının sərgisi açılıb

Məktəb psixoloqları üçün müsabiqə

Türkiyədə FETÖ ilə əlaqədə şübhəli bilinən daha 70 nəfər saxlanılıb

BDU-nun müəllimi Rumıniyanın Aleksandr İohan Kuzi adına Yassı Universitetində mühazirə deyib

AMB: Ötən il ixracın 25,9 milyard dolları neft-qaz sektorunun payına düşüb VİDEO

Premyer Liqa: “Sumqayıt” – “Araz-Naxçıvan” oyununun hakimləri bəlli olub

Milli Məclis 21 məsələnin müzakirəsinə başlayıb

Qəbələdə torpağın qanunsuz zəbtinin qarşısı alınıb

Mərkəzi Bank: Ötən il Azərbaycandan xaricə birbaşa investisiya 3 milyard dollardan çox olub VİDEO

Cabbar Qaryağdıoğluna həsr olunmuş “Xalqın mədəni sərvəti” layihəsi davam edir

“Böyük Dəbilqə”: Azərbaycanın 3 cüdoçusu mübarizəyə başlayır

Ötən il Azərbaycan iqtisadiyyatına olan birbaşa xarici investisiyaların həcmi açıqlanıb VİDEO

Tanınmış arxeoloq Tufan Axundov vəfat edib

“Anev-2024 Türk dünyasının mədəniyyət paytaxtı” ilinin açılış mərasimi keçirilib

Ötən il cari əməliyyatlar hesabının profisiti 8,3 milyard ABŞ dolları olub VİDEO

Madaqaskarda qasırğa 14 nəfərin həyatına son qoyub

Kişi voleybolçuların Yüksək Liqasında növbəti oyun keçiriləcək

AMEA Naxçıvan bölməsinin Rəyasət Heyətinin iclası keçirilib

Premyer Liqa: “Qarabağ” üçün çempionluq oyunu, “Neftçi” autsayderə qarşı

Cənubi Afrikada avtobus qəzası nəticəsində 45 nəfər ölüb

Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb

Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaq

Xırdalanda əl qumbaraları və partladıcılar tapılıb VİDEO

Xankəndidə silah-sursat aşkarlanıb

Ötən gün təhvil götürülən silah-sursatın sayı açıqlanıb

Sabirabadda yol qəzası olub, iki nəfər xəsarət alıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb

Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülüb

Azərbaycan neftinin qiyməti 89 dolları ötüb

Çinin internet şirkətləri iki ayda 35 milyard dollara yaxın gəlir əldə edib

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Füzuli sakini: Gözəl günlərimiz bundan sonra daha çox olacaq

Qazaxda narkotik satmaqda şübhəli bilinən şəxs saxlanılıb

Keçmiş məcburi köçkün: Düşünürəm ki, artıq bütün şəhidlərimizin ruhu şaddır

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb VİDEO

ABŞ Baltimordakı körpünün bərpasına 60 milyon dollar ayırıb

Tədqiqat: 7 saatdan az yuxu yüksək təzyiq riskini artırır

Alimlər virusların insandan heyvana daha çox keçdiyini ortaya çıxarıblar

İsveç arxeoloqları XII əsrə aid gümüş sikkələr aşkarlayıblar

Finlandiyada etiraz nümayişləri Pasxa bayramından sonra davam edəcək

Vyetnamlı məktəbli dünyada SAT üzrə ən yaxşı nəticə göstərib

Bir ay tam yuxu alan insanlar özlərini 6 yaş cavan hiss edirlər - Araşdırma

Brüsseldə zorakılıq halları nəzarətdən çıxır

Azərbaycan Beynəlxalq Astronavtika Federasiyasının “Yaz toplantıları” konfransında təmsil olunub

Türkiyə 10 illik fasilədən sonra Liviyaya uçuşları bərpa edib

Uşaqlıq və yeniyetməlik dövründə oturaq həyat tərzi damar sərtliyini artıra bilər

Çinin “Phoenix” telekanalı Azərbaycana həsr olunmuş xüsusi veriliş yayımlayıb VİDEO

Pentaqon: Rusiya ABŞ-ın terror aktı ilə bağlı xəbərdarlığına məhəl qoymayıb

Parisdə Olimpiya Oyunlarının açılış mərasimi ləğv edilə bilər

XİN: Macarıstan terrorizmi hər zaman qınayacaq

“Crocus City Hall”dakı terror aktında şübhəli bilinən daha bir nəfər saxlanılıb

Hikmət Hacıyev: COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirir VİDEO

Gürcüstanın Bakuriani bölgəsində baş verən qar uçqunu nəticəsində bir nəfər itkin düşüb

Göyçayda yol qəzası baş verib, xəsarət alanlar var VİDEO

Premyerası Bakıda keçirilmiş “Kalina krasnaya” filmi 50 yaşını qeyd edir

Gəncədə yaşayış binasında yanğın baş verib VİDEO

Netanyahu HƏMAS-ın “strateji aktivlərinə” həbs qoyulduğunu açıqlayıb

ABŞ Konqresinin nümayəndə heyəti Ankarada “F-16” tədarükü mövzusunu müzakirə edəcək

Gürcüstanın Baş naziri ölkə müsəlmanları üçün iftar süfrəsi təşkil edib

BMT: Konqonun şərqindəki döyüşlər 6 milyona yaxın insanın evlərini tərk etməsinə səbəb olub

Naxçıvandan Qarabağa yollanan şəhid ailələri Füzuli rayonunda olublar