Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Azərbaycan multikulturalizminə dair virtual “dəyirmi masa”ların materialları qiymətli əyani vəsaitdir

Azərbaycan multikulturalizminə dair virtual “dəyirmi masa”ların materialları qiymətli əyani vəsaitdir

Bakı, 7 mart, AZƏRTAC

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət Müşaviri Xidməti və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) birgə təşkilatçılığı ilə vaxtaşırı yerli və xarici ekspertlərin iştirakı ilə müxtəlif aktual mövzulara həsr olunan silsilə virtual “dəyirmi masa”lar təşkil edilir. Həmin “dəyirmi masa”ların materialları BBMM tərəfindən kitabçalar şəklində nəşr olunub. İndiyədək bu silsilədən “Müasir dövrdə Azərbaycanda sosial –iqtisadi və mənəvi inkişafın harmoniyası”, “Multikultural təhlükəsizlik”, “Xarici ölkə universitetlərində Azərbaycan multikulturalizmi fənninin tədrisi: problemlər və perspektivlər” və “Azərbaycana maraq Azərbaycana məhəbbətə çevrilir (Azərbaycan multikulturalizmi yerli və əcnəbi tələbələrin gözü ilə)” adlı kitabçalar Azərbaycan, rus və ingilis dilində oxucuların ixtiyarına verilib. Bu nəşrlər Azərbaycan multikulturalizmi modelini həm ölkədə, həm də dünyada tədqiq, təşviq, təbliğ etmək üçün ali və orta təhsil müəssisələrinin, müxtəlif təşkilat və qurumların, eləcə də ölkəmizə gələn xarici qonaqların istifadə edə biləcəyi qiymətli əyani vəsaitdir.

“Müasir dövrdə Azərbaycanda sosial–iqtisadi və mənəvi inkişafın harmoniyası”

İlk virtual “dəyirmi masa” “Müasir dövrdə Azərbaycanda sosial –iqtisadi və mənəvi inkişafın harmoniyası” mövzusuna həsr olunub. Tədbirdə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov, Braziliyanın Paraiba Dövlət Universitetinin professoru Sudha Svarnakar, İtaliyanın Romualdo Del Bianko Fondunun prezidenti, memar Paolo Del Bianko, Rusiyanın birinci Prezidenti B.N.Yeltsin adına Ural Federal Universitetinin İctimai və Siyasi Elmlər İnstitutunun Avropa tədqiqatları kafedrasının müdiri, professor Aleksandr Nesterov, Almaniyanın Ostvald fon Volkenştayn - Qezelşaft Fondunun prezidenti, professor Ziqlinde Hartman, beynəlxalq münasibətlər üzrə israilli ekspert Arye Qut, italiyalı politoloq və naşir Sandro Tetti, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət Müşaviri Xidmətinin baş məsləhətçisi, professor Etibar Nəcəfov iştirak ediblər. “Dəyirmi masa”da Azərbaycanın sosial-iqtisadi inkişafı ilə mənəvi inkişafı arasındakı münasibət müzakirə olunub.

“Dəyirmi masa”nın yekun nəticəsi kimi qeyd olunub ki, müasir dövrdə Azərbaycanın sosial-iqtisadi inkişafı xalqımızın mənəvi sıçrayışı fonunda baş verir.

“Multikultural təhlükəsizlik”

“Multikultural təhlükəsizlik” mövzusunda təşkil olunmuş ikinci virtual “dəyirmi masa”ya dövlət müşaviri Kamal Abdullayev, professor Etibar Nəcəfov, britaniyalı rəssam, dizayner Lititsiya Reuss, Almaniyanın Psixoloqlar və Psixoterapevtlər Assosiasiyasının psixoterapevti Galina Heinzelmann, professor Əlikram Abdullayev, ABŞ-ın Berkli Universitetindən Liladhar Pendse, Kaliforniya Ştatının Məclisinin spikeri Antonio Villaraigosa, professor Zümrüd Quluzadə, ABŞ-ın Purdue Universitetinin professoru Cəmalüddin Hüseyn, Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin sədri, professor Kamran İmanov, fiziologiya və tibb üzrə 1991-ci il Nobel mükafatı laureatı, professor Ervin Neher, Böyük Britaniyanın Lids Universitetinin professoru Aksel Müller, İsrailin Akko şəhərinin meri Şimon Lankri, Almaniyanın Vürtsburq Universitetinin orta əsr alman ədəbiyyatı üzrə professoru Ziqlinde Hartmann qatılıblar. 

Dövlət müşaviri Kamal Abdullayev vurğulayıb ki, Qərbi Avropa ölkələri ilə müqayisədə Azərbaycanın demokratik inkişaf sahəsində real təcrübəsi az olsa da, mənəvi təcrübəsi böyükdür: “Dastanlarımızdan, nağıllarımızdan, klassik ədəbi nümunələrimizdən qədim demokratik prinsiplərlə bağlı yetərincə misal və nümunələr göstərmək olar. Bu da təbii ki, multikultural mühitin Azərbaycan cəmiyyətinə əvvəldən xas olmasına bir sübutdur. Azərbaycanın multikulturalizm sahəsindəki uğurlu təcrübəsinin səbəbinə gəldikdə isə bir daha onu qeyd etmək lazımdır ki, Azərbaycandakı multikulturalizm kənardan cəmiyyətimizə gətirilməyib, “idxal” edilməyib. Burada sonrakı miqrasiyalara qarşı təbii “peyvənd sindromu” vardı. Burada multikulturalizm əsrlər boyu uzun təkamül yolu keçərək formalaşıb və geniş yayılıb. Azərbaycandakı mövcud multikultural mühit Avropadakı ilə müqayisədə daha qədim, daha möhkəm və daha dayanıqlıdır. Multikulturalizm baxımından Azərbaycan özünütutmuş cəmiyyətdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, multikulturalizm ənənələri Azərbaycanda əsrlər boyu mövcud olub. Sadəcə, müxtəlif cür adlanıb, lakin mahiyyəti dəyişməyib. Zənnimcə, əsrlər ərzində, o cümlədən sovet dövründə yaranan müsbət meyillər müasir Azərbaycanda möhkəmlənir. Bu da ölkəmizdə milli həmrəyliyin əsası, müasir dinamik inkişafın təməlidir. Elə buna görə də Azərbaycan kimi ölkələr multikulturalizm siyasətinin həyata keçirilməsi sahəsində yaranan problemlərə sinə gərməyi bacarır”.

Virtual “dəyirmi masa”da multikultural təhlükəsizlik məsələsi ilə bağlı maraqlı fikirlər səslənib. Professor Etibar Nəcəfov yekun olaraq bildirib ki, multikultural təhlükəsizliyin təmin olunması dedikdə hər hansı bir ölkədə ilk növbədə irqindən, milliyyətindən, dinindən, dilindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının müdafiə edilməsi, etnik, dini, irqi mənsubiyyətindən asılı olmayaraq bütün xalqların, etnik qrupların etnik-mədəni dəyərlərinin qorunması və inkişaf etdirilməsi nəzərdə tutulur: “Bundan başqa, cəmiyyətdə multikultural təhlükəsizliyin təmin edilməsinin mühüm hədəflərindən biri cəmiyyət daxilində insanların müxtəlifyönlü inteqrasiyasına nail olmaqdır. Tarixi təcrübə göstərir ki, çoxmədəniyyətli dövlətlərin əksəriyyəti, o cümlədən Qərbi Avropa dövlətləri bu məsələyə, yəni, multikultural təhlükəsizliyin təmin olunmasına, obyektiv, bəzən isə subyektiv səbəblərdən kifayət qədər ciddi yanaşmırlar. Cəmiyyətin multikultural təhlükəsizliyinin təmin olunması sahəsində yaranan problemlər inkişaf edərsə, etnik, dini, irqi zəmində qarşıdurmalara, münaqişələrə səbəb olur. Bu, məsələn, Ermənistanda yaxın keçmişdə belə hallara gətirdi. Son dövrdə Avropanın bir sıra ölkələrində radikalizm, ksenofobiya, antisemitizm, islamofobiya meyillərinin artması qeyd olunanların bariz nümunəsidir. Azərbaycan isə başqa siyasi istiqamətlərdə olduğu kimi, bu istiqamətdə də öz yolunu gedir. Azərbaycanın multikulturalizm sahəsində, ölkədə multikulturalizm təhlükəsizliyinin təmin edilməsində olduqca zəngin və unikal təcrübəsi və böyük nailiyyətləri var. Bu “dəyirmi masa” çərçivəsində biz onların xarici ölkələrdə öyrənilməsi və tətbiq edilməsi vacibliyini vurğuladıq. Bu işdə biz hamımız birlikdə fəallığımızı artırmalı, müxtəlif layihələr irəli sürüb gerçəkləşdirməliyik”.

“Xarici ölkə universitetlərində “Azərbaycan multikulturalizmi” fənninin tədrisi: problemlər və perspektivlər”

“Xarici ölkə universitetlərində “Azərbaycan multikulturalizmi” fənninin tədrisi: problemlər və perspektivlər” mövzusuna həsr edilən üçüncü virtual “dəyirmi masa”da professor Etibar Nəcəfov, Bolqarıstanın Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetinin rektoru, professor İvan İlçev, İtaliyanın Sapienza Universitetində Azərbaycan Tədqiqatları Mərkəzinin icraçı direktoru Daniel Pommyer, Çexiyanın Karl Universitetinin Şərqi Avropa İnstitutunun direktoru Marek Prşixoda, Belarus Dövlət Universitetinin Beynəlxalq münasibətlər fakültəsinin dekan müavini Olqa Malaşenkova, Belarus Dövlət Universitetinin kafedra müdiri, professor Aleksandr Şarapo, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru, professor Azad Məmmədov, Bolqarıstanın Müqəddəs Kliment Oxrisdki adına Sofiya Universitetinin Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin direktoru Sofiya Şiqayeva Mitreska, Bakı Slavyan Universitetinin dosenti İrina Kunina, professor Rafael Həsənov, Maksim Tank adına Belarus Dövlət Pedaqoji Universitetinin Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin direktoru Eleonora Hüseynova, professor Aleksandr Nesterov, Bakı Slavyan Universitetinin Çex Dili və Mədəniyyəti Mərkəzinin direktoru Roza Şəfiyeva, Bakı Slavyan Universitetinin rektoru, professor Asif Hacıyev, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov, bolqarıstanlı professor Tsvetan Teofanov, Belarus Dövlət Universitetinin beynəlxalq əlaqələr kafedrasının tədris işi üzrə müdir müavini Vladislav Froltsov, Litva Edukologiya Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Loreta Codskiyene və müxtəlif xarici universitetlərin tələbələri mövzunun ətraflı müzakirəsini aparıblar. “Dəyirmi masa”da vurğulanıb ki, “Azərbaycan multikulturalizmi” fənninin xarici ölkə universitetlərində tədris olunması ideyası Prezident İlham Əliyevin müasir dövrdə qarşıya qoyduğu ideoloji hədəflərdən biridir: “Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət Müşaviri Xidməti bu ideyanın reallaşdırılması və daha geniş intellektual məkanı əhatə etməsi üçün çalışır. Bu fənnin tədrisi təcrübəsi, o cümlədən qazanılan təcrübənin bugünkü virtual “dəyirmi masa”da universitetlərin rəhbərləri, fənni tədris edən müəllimlərin və dinləyən əcnəbi tələbələrin iştirakı ilə müzakirəsi qeyd olunan ideyanın real nəticələr verdiyini, uğurla həyata keçirildiyini sübut edir”.

“Azərbaycana maraq Azərbaycana məhəbbətə çevrilir…”

“Azərbaycana maraq Azərbaycana məhəbbətə çevrilir (Azərbaycan multikulturalizmi yerli və əcnəbi tələbələrin gözü ilə)” mövzusunda keçirilən növbəti - sayca dördüncü virtual “dəyirmi masa”da 2015-ci il iyulun 21-28-də yay məktəbində iştirak etmiş xarici ölkə və Azərbaycan universitetlərinin tələbələri ilə sözügedən layihə ətrafında diskussiya aparılıb. Professor E.Nəcəfovun moderatorluğu ilə keçirilən “dəyirmi masa”da Belarus, Gürcüstan, Bolqarıstan, İtaliya, Rusiya və Azərbaycandan olan tələbələr Beynəlxalq Multikulturalizm yay məktəbi ilə bağlı zəngin təəssüratlarını bölüşüblər. Qeyd olunub ki, layihənin icrası zamanı qarşıya qoyulan məqsəd reallaşıb: Azərbaycana olan maraq sevgiyə çevrilib. 

Qeyd edək ki, hazırda BBMM tərəfindən “Alban Apostol Kilsəsi: tarixi baxış” mövzusunda növbəti virtual “dəyirmi masa”nın materiallarından ibarət beşinci kitabça çapa hazırlanır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

FHN: “Taxta bazarı” adlanan ərazidə baş vermiş yanğın söndürülüb

Azərbaycan gimnastı Bakıdakı Dünya Kubokunda finala yüksəlib

Almaniyanı təmsil edən gimnast: Bakıda yarışmaq mənim üçün xüsusi məna ifadə edir

Aerokosmik Modelçilik Festivalının qalibləri mükafatlandırılıb

Premyer Liqa: "Qəbələ" "Qarabağ" səfərindən xalla qayıdıb

“Taxta bazarı” adlanan ərazidə baş vermiş yanğın məhdudlaşdırılıb VİDEO

Belçikalı gimnast: Milli Gimnastika Arenasındakı təşkilatçılıq möhtəşəmdir

Sovet İttifaqında çox nəhəng tikinti olan Baykal-Amur Magistralı Heydər Əliyevin adı ilə bağlıdır

“Taxta bazarı”ndakı yanğının söndürülməsinə 15 texnika və 70 nəfər cəlb olunub

Nurlana Məmmədzadə: Bədii gimnastika ölkəmizdə qızlar arasında ən populyar idman növüdür

Bu gün Bakının 551 küçəsi yuyulub

Baş katib: Gənc gimnastlarımız Bakıdakı Dünya Kubokunda təcrübələrini daha da artıracaqlar

Ticarət və Sənaye Palataları Birliyi Qadın Sahibkarlar Komitəsinin ikinci Baş Assambleya iclası keçirilib

“Ailədaxili mübahisələrin mediasiya prosesləri vasitəsilə həllində psixoloqların rolu” mövzusunda konfrans keçirilib

® “Bakcell” 100000GB kütləvi hədiyyə paylayır!

Naxçıvançaydan Heydər Əliyev su anbarına bərk tullantılar daxil olub

İsveçli atlet şüvüllə tullanmada yeni dünya rekordu vurub

Ceyranbatan su kanalında bir nəfərin batması ilə bağlı FHN-in müvafiq qüvvələri əraziyə cəlb edilib

Taxta bazarı adlanan ərazidə yanğınla bağlı polis əməkdaşları hadisə yerinə cəlb edilib

23 Aprel-Milli Suverenlik və Uşaq Bayramı münasibətilə türkdilli dövlətlərdən bir qrup uşaq Türkiyəyə gətirilib

Ekvador Prezidenti enerji böhranı ilə əlaqədar fövqəladə vəziyyət elan edib

Bu il “Aerokosmik Modelçilik Festivalı” iştirakçılarının sayı 2 dəfə artıb

BDU-nun Qazax filialında inklüziv təhsilə dair beynəlxalq konfransın regional bölməsinin iclası olub

Türkiyə Prezidenti HƏMAS-ın siyasi bürosunun rəhbərini qəbul edib

Basketbol üzrə Azərbaycan Kubokunun qalibi "Neftçi" olub

Nərimanov rayonunda taxta bazarı adlanan ərazidə yanğın baş verib VİDEO

Bu il Türkiyənin xidmətlər üzrə ixrac hədəfi 110 milyard dollardır

DİN-in baş idarəsinin nümayəndəsi: Azərbaycanda narkotik istehsalı ilə bağlı fakt aşkarlanmayıb – MÜSAHİBƏ

“Flydubai” Dubay hava limanından uçuşlar rejimini bərpa edib

Bədii gimnastika üzrə Dünya Kuboku: Çoxnövçülük yarışında lider dəyişib

77-ci Kann kinofestivalının rəsmi posteri təqdim edilib

IV Azərbaycan Astronomiya Olimpiadasının final mərhələsi keçirilib

Evi yararsız vəziyyətə düşən vətəndaş üçün müvəqqəti çadır qurulub

Türkiyə XİN Azərbaycan-Ermənistan dövlət sərhədi ilə bağlı əldə edilən razılaşma barədə bəyanat yayıb

İsveçin xarici işlər naziri Qazaxın kəndlərinin Azərbaycana qaytarılması ilə bağlı paylaşım edib

Dörd kəndin qaytarılması Prezident İlham Əliyev başda olmaqla Azərbaycan diplomatiyasının növbəti uğurudur - ŞƏRH

Otuza yaxın şəhid övladı Ağbulaq İstirahət Mərkəzində istirahət edib

Qızılhacılı kəndinin sakinləri doğma yurdlarının qaytarılmasının sevincini yaşayırlar VİDEO

Nəcəf Aydınoğlu: Narkotacirlərin texniki işçiləri və hakerləri də olur

İranın Azərbaycandakı səfirinin ölkəmizdəki diplomatik fəaliyyəti başa çatır

Moskva Dövlət Linqvistika Universiteti nəzdində Azərbaycan dili və Mədəniyyəti Mərkəzi 15 illik yubileyini qeyd edib

Hakan Fidan: Dünyanın ən böyük problemi beynəlxalq sistemin ikiüzlülüyüdür

Müdafiə Nazirliyi: Gənc əsgərlərin hazırlığına xüsusi diqqət yetirilir VİDEO

Şəkidə “Şahin” hərbi-idman oyununun zona birinciliyinin qalibi müəyyənləşib

WP: ABŞ Ukraynaya hərbi yardım paketini Konqresin təsdiqindən dərhal sonra çatdıra bilər

Ralf Ranqnik “Bavariya”nın baş məşqçisi ola bilər

Təhqiqat qrupunun rəisi: Narkoadminlərin Azərbaycandakı havadarlarının aşkarlanması üçün zəruri addımlar atılır

“GPT-4” neyroşəbəkəsi oftalmoloq həkimlərin səviyyəsinə çatıb

DİN nümayəndəsi: Azərbaycana narkotik vasitələr daha çox cənub sərhədlərindən, əsasən İrandan gətirilir

Moskvada görkəmli azərbaycanlı mesenat Hacı Zeynalabdin Tağıyevin xatirə gecəsi keçirilib VİDEO

Veteran stolüstü tennisçilər arasında ölkə çempionatına start verilib

İsa Həbibbəyli: Qafqaz Albaniyası irsinin daha sistemli şəkildə araşdırılmasına ehtiyac var

Naxçıvanda 1969-1987-ci illərdə 21 iri sənaye müəssisəsi istifadəyə verilib

Bakıda Qırğız Mədəniyyəti Günləri keçiriləcək

“Xalqın mədəni sərvəti” layihəsi çərçivəsində regionlarda növbəti konsert təşkil edilib

“Sabahın alimləri” müsabiqəsində Biləsuvar Təhsil Kompleksinin 6 şagirdi uğur qazanıb

“Emirates” aviakompaniyası müntəzəm uçuş cədvəlini bərpa edib

“BakuOperArt” “Sərhədsiz Puşkin” adlı ədəbi-musiqili layihə təqdim edir

Paşinyan: Azərbaycanla sərhədin delimitasiyasından sonra Rusiya sərhədçiləri Tavuşdan çıxacaq

Superliqa klubu tanınmış futbolçunu heyətdən kənarlaşdırıb

Qlobal Metan Azaldılması təşəbbüsü çərçivəsində SOCAR və BP şirkətlərinə səfərlər təşkil edilib

Sabah ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçəcək

Bakıda növbəti ümumşəhər iməciliyi keçirilib VİDEO

Əməkdar artist Cavanşir Məmmədov vəfat edib

“IT sahəsindəki yolum” mövzusunda təcrübə sessiyasının keçirilməsi planlaşdırılır

Azərbaycan-Ermənistan şərti sərhədindəki mövcud əməliyyat şəraiti təhlil edilib VİDEO

Baş Prokurorluq tərəfindən Astara rayonunda təmizlik aksiyası təşkil olunub

Çində Qərbi Sakit okean dəniz simpoziumunun 19-cu iclası keçiriləcək

Keniya nümayəndə heyəti Azərbaycana səfər edəcək

“Murov Az Terminal”ın kapitanı: “Neftçi”ni məğlub edərək finala çıxmaq sürpriz deyildi

Qeyri-anklav kəndlərin geri qaytarılması Fransa və digər Qərb dövlətlərinin Azərbaycanla bağlı əsassız iddialarını da ifşa etdi - RƏY

DİN nümayəndəsi: Ailədaxili münaqişələrin neqativ hallara yol açmaması üçün psixoloqların bizə köməyi labüddür

Ermənistanda sakinlər suvarma suyunun qiymətinin bahalığına görə yolu bağlayıblar

Alimlər yaşlı insanlarda əzələ zəifliyinin səbəbinə aydınlıq gətiriblər

Sosial sahədə e-xidmətlərə yanvar-mart aylarında 800 minədək müraciət qeydə alınıb

Nigar Arpadarai: Bütün tərəfdaşların COP29-a böyük marağı var VİDEO

Dünya Bankının nümayəndəsi: Azərbaycanın COP29-a ev sahibliyi edəcəyindən məmnunuq VİDEO

Beynəlxalq axtarışda olan şəxs Azərbaycana ekstradisiya edilib

Medianın İnkişafı Agentliyi Ermənistanın və bir sıra digər ölkələrin media resurslarında dərc olunan əsassız məlumatlarla bağlı açıqlama yayıb

Azərbaycan Liqası: Çempionluğa iddialı komandalar Mingəçevirdə üz-üzə gələcək

ICESCO üzv ölkələri gənclərin və qadınların innovativ bacarıqlarını artırmağa çağırıb

Bakıda Birinci Türk Dövlətləri Kardioloji Qurultayı keçirilir YENİLƏNİB VİDEO

Kişi şahmatçıların Azərbaycan çempionatında yarımfinalçıları bəlli olub

Azamat Ziyo: Özbəkistan Qafqaz Albaniyasının irsinin araşdırılmasına qrantlar ayırmağa hazırdır

Lənkəran şəhərində qanunsuz tikililər sökülüb VİDEO

Gələcəkdə mediasiya xidmətlərindən ödənişsiz yararlanacaq imtiyazlı şəxslərin sayı artırıla bilər

UNESCO: Gender bərabərliyi üzrə qlobal fəaliyyət zəifləyir

Şəki Dövlət Dram Teatrı tezliklə teatrsevərlərə “Kuraj ana və uşaqları” tamaşasını təqdim edəcək

Bakı Avropa Liseyində Fənlərarası Təlim Proqramının 30 illik yubileyi qeyd olunub

Yaponiya dərman istehsalçısının qida əlavəsində nəzərdə tutulmayan daha iki maddə aşkarlanıb

Qazaxın dörd kəndinin qaytarılması Azərbaycan Prezidentinin növbəti qələbəsidir ŞƏRH

“Ümid nəğməsi” tamaşasının premyerası olub VİDEO

Sumqayıt Tibb Mərkəzi ən çox şəhid ailəsi üzvlərini işlə təmin edib

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun ikinci gününə start verilib

BMT-nin Davamlı Enerji Onilliyinə yekun vurulub

Bu ilin üç ayında Rusiyadan Çinə neft ixracı 13 faiz artıb

AzTU-nun nizamnamə fondu 29,4 milyon manat olaraq müəyyən edilib

Bakıda xanım tanışını qətlə yetirməkdə şübhəli bilinən şəxs barədə cinayət işi açılıb

“Rik və Morti” animasiya serialının rəssamı “GameSummit 2024” üçün Bakıya gəlir

Hulusi Kılıç: Türkiyə, Azərbaycan və Rusiya Qafqaz regionunda sülh naminə əməkdaşlıq edirlər