Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Azərbaycan multikulturalizminin nümunəsi Qəbələnin etnosiyasi mənzərəsində aydın görünür VİDEO

Qəbələ rayonunda keçirilən konfransda xalqımızın zəngin multikultural ənənələrindən, bununla bağlı dövlət siyasətinin uğurlu nəticələrindən bəhs olunub

Qəbələ, 4 mart, Şahnəzər Bəşirov, AZƏRTAC

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşavirliyi xidmətinin, Azərbaycan Ağsaqqallar Şurasının, “Azərbaycan” qəzetinin və Qəbələ Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə martın 4-də Qəbələ Mədəniyyət Mərkəzində “Multikulturalizmin Azərbaycan modeli: dünyanın mükəmməl nümunəsi” mövzusunda konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər. Sonra qonaqlar Qəbələdən bəhs edən kitabların sərgisinə, məktəblilərin əl işlərinə baxıblar.

Konfransda çıxış edən “Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov, rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev tədbirin əhəmiyyətindən danışıblar. Qeyd edilib ki, Azərbaycan təkcə əhalisinin etnik zənginliyi ilə deyil, həm də bütün xalqlara hörmətlə yanaşılması və onların sülh şəraitində, dinc yanaşı yaşaması ilə demokratiyanın beşiyi olan Qərb ölkələrinə nümunə göstərir. Azərbaycanda demokratiyanın təməl prinsiplərindən olan vicdan azadlığı dövlət səviyyəsində qorunur və təmin edilir. Ulu öndər Heydər Əliyevin banisi olduğu azərbaycançılıq ideologiyası xalqımızın multikultural və tolerant dəyərlərinin ideoloji sistemini təşkil etməklə yanaşı, həmçinin ölkəmizdə yaşayan bütün etnosların vahid maraqlar və vahid dövlət prinsipi ilə mənəvi-siyasi birliyini əlaqələndirir. Ümummilli lider Heydər Əliyevin ölkəmizdə multikultural dəyərlərin qorunması və inkişaf etdirilməsi sahəsində siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev ölkəmizdə yaşayan milli azlıqların, dini icmaların nümayəndələri ilə mütəmadi görüşür, onların ehtiyac və problemləri ilə maraqlanır, milli və dini bayramları münasibətilə təbrik edir. Prezidentin Sərəncamı ilə 2014-cü il fevralın 28-də Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşavirliyi xidmətinin təsis edilməsi də həyata keçirilən uğurlu multikulturalizm siyasətinin göstəricisidir. Eyni zamanda, multikulturalizmin dövlət siyasətinin əsas komponentlərindən biri kimi dəyərləndirilməsinin nəticəsidir ki, 2014-cü ilin may ayında Prezident İlham Əliyevin Fərmanı ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılıb.

Çıxışlarda Azərbaycanın dünyada multikulturalizm, sivilizasiyalar arasında dialoq məkanı kimi qəbul olunmasında, xalqımıza məxsus multikultural dəyərlərin dünyaya təqdim edilməsində Heydər Əliyev Fondunun fəaliyyəti xüsusi qeyd edilib. Bildirilib ki, Fondun bununla bağlı gördüyü işlər Azərbaycanın hüdudlarını aşır, Vatikandan Asiyaya, Şərqdən Afrikayadək böyük bir coğrafi arealı əhatə edir. Heydər Əliyev Fondu müxtəlif xalqlar arasında humanizm, həmrəylik və dözümlülük kimi bəşəri dəyərlərin bərqərar olmasına, ölkəmizdə formalaşmış mükəmməl ənənəyə töhfələrini verməkdədir.

Çıxış edənlər Qəbələdə bütün azsaylı xalqların yüksək qayğı ilə əhatə olunduğunu diqqətə çatdıraraq bildiriblər ki, onların nümayəndələri rəhbər vəzifələrdə, yerli özünüidarəetmə orqanlarında təmsil olunur, rayonun ictimai həyatında fəallıqları ilə seçilirlər. Qəbələnin etnosiyasi mənzərəsində və buradakı xalqların sülh və əmin-amanlıq şəraitində yaşamasında Azərbaycan multikulturalizminin nümunəsi aydın görünür. Rayonda azərbaycanlı əhali udinlər, ləzgilər, ruslar və digər etnoslarla dinc yanaşı, dostluq şəraitində yaşayır. Burada başqa millətlərə və dinlərə dözümlü münasibət, hörmət var. Qəbələ ta qədimdən bugünədək çoxmillətli və fərqli mədəniyyətlərin qovuşduğu, xalqların birgə yaşadıqları, müxtəlif mənəvi dəyərləri bölüşdükləri məkan olub.

Tədbirdə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşavirliyi xidmətinin baş məsləhətçisi Etibar Nəcəfov “Prezident İlham Əliyevin multikulturalizm siyasətinin istiqamətləri” mövzusunda çıxış edib. Bildirib ki, bəzi dünya siyasətçiləri multikulturalizmin iflası barədə danışırlar. Amma tolerantlığın Azərbaycan nümunəsi göstərir ki, multikulturalizm yaşayır və onun alternativi yoxdur. Təsadüfi deyil ki, 2016-cı il Azərbaycanda “Multikulturalizm ili” elan olunub.

Qeyd edilib ki, multikulturalizmi Azərbaycanın dövlət siyasəti, xalqımızın həyat tərzi kimi dəyərləndirən Prezident İlham Əliyev bu sahədə BMT, ATƏT, Avropa Şurası, Avropa İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlığa xüsusi önəm verir. Prezident İlham Əliyevin təşəbbüsü ilə 2011-ci ildən bəri mütəmadi olaraq Bakıda Beynəlxalq Humanitar forumlar keçirilir. Azərbaycanın multikultural ənənələrinin qorunub saxlanması və təbliği ilə bağlı Heydər Əliyev Fondunun mühüm layihələri dünyada rəğbətlə qarşılanır və təqdir olunur.

Konfransda Milli Məclisin deputatı, Azərbaycan Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov “Heydər Əliyev irsi Azərbaycanda yaşayan bütün etnosların birləşdirici, səfərbəredici istinad mərkəzidir” mövzusunda məruzə edib. Vurğulanıb ki, ümummilli lider Heydər Əliyev multikulturalizm siyasətini ölkənin demokratik inkişafının tərkib hissəsi hesab edir, Azərbaycan ərazisində yaşayan milli azlıqların, müxtəlif dinlərə məxsus insanların bərabər hüquq və azadlıqları kontekstində görürdü. Bu siyasət yeni mərhələdə Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir.

Sonra Alban-Udin xristian dini icmasının sədri Robert Mobili, Nic qəsəbə 1 saylı tam orta məktəbin müəllimi Emil Zəki, “Qafqaz Riverside” otelinin icraçı meneceri Atilla Çetinbaş, Qəmərvan kənd məktəbinin müəllimi Rəna Hacıyeva mövzu ətrafında çıxış ediblər.

AMEA-nın Dilçilik İnstitutunun direktoru Möhsün Nağisoğlu “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabı haqqında məlumat verib.

Tədbirdə Qəbələnin zəngin etnik tərkibindən də söz açılıb. Qeyd olunub ki, rayon əhalisinin 78,9 faizini azərbaycanlılar, 17,1 faizini ləzgilər, 3,7 faizini udinlər, 0,1 faizini türklər və 0,2 faizini digər millətlər təşkil edir. Burada milli mənsubiyyətindən asılı olmayaraq heç kimə fərq qoyulmur, hamı vahid ailə kimi yaşayır. Ümumtəhsil məktəblərinin ibtidai siniflərində ləzgilər və udinlər üçün öz ana dillərində dərslər tədris olunur. Qəbələ şəhərinin 2, Nic qəsəbəsinin 3 məktəbində tədris rus dilində aparılır. Rayonda olan 43 məscid və 1 kilsədə qeydiyyata alınmış 22 islam, bir xristian dini icması mövcuddur və burada hər bir vətəndaşa dini inancını və ayinləri icra etmək üçün lazımi şərait yaradılıb. Bu gün udinlərin kompakt şəkildə yaşadığı yeganə məkan, onların tarixi Vətəni olan Qəbələ rayonunun Nic qəsəbəsidir. Burada udinlərin tarixi qorunub saxlanılır və araşdırılır. Onların dil, din, özünə məxsus mədəniyyət, adət-ənənələri inkişaf etdirilir, udin xalqının qədim məbəd və kilsələri, tarixi abidələri bərpa olunur və qorunur.

Azərbaycan multikulturalizminin nümunəsi Qəbələnin etnosiyasi mənzərəsində aydın görünür VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb

Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaq

Xırdalanda əl qumbaraları və partladıcılar tapılıb VİDEO

Xankəndidə silah-sursat aşkarlanıb

Ötən gün təhvil götürülən silah-sursatın sayı açıqlanıb

Sabirabadda yol qəzası olub, iki nəfər xəsarət alıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb

Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülüb

Azərbaycan neftinin qiyməti 89 dolları ötüb

Çinin internet şirkətləri iki ayda 35 milyard dollara yaxın gəlir əldə edib

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Füzuli sakini: Gözəl günlərimiz bundan sonra daha çox olacaq

Qazaxda narkotik satmaqda şübhəli bilinən şəxs saxlanılıb

Keçmiş məcburi köçkün: Düşünürəm ki, artıq bütün şəhidlərimizin ruhu şaddır

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

ABŞ Baltimordakı körpünün bərpasına 60 milyon dollar ayırıb

Tədqiqat: 7 saatdan az yuxu yüksək təzyiq riskini artırır

Alimlər virusların insandan heyvana daha çox keçdiyini ortaya çıxarıblar

İsveç arxeoloqları XII əsrə aid gümüş sikkələr aşkarlayıblar

Finlandiyada etiraz nümayişləri Pasxa bayramından sonra davam edəcək

Vyetnamlı məktəbli dünyada SAT üzrə ən yaxşı nəticə göstərib

Bir ay tam yuxu alan insanlar özlərini 6 yaş cavan hiss edirlər - Araşdırma

Brüsseldə zorakılıq halları nəzarətdən çıxır

Azərbaycan Beynəlxalq Astronavtika Federasiyasının “Yaz toplantıları” konfransında təmsil olunub

Türkiyə 10 illik fasilədən sonra Liviyaya uçuşları bərpa edib

Uşaqlıq və yeniyetməlik dövründə oturaq həyat tərzi damar sərtliyini artıra bilər

Çinin “Phoenix” telekanalı Azərbaycana həsr olunmuş xüsusi veriliş yayımlayıb VİDEO

Pentaqon: Rusiya ABŞ-ın terror aktı ilə bağlı xəbərdarlığına məhəl qoymayıb

Parisdə Olimpiya Oyunlarının açılış mərasimi ləğv edilə bilər

XİN: Macarıstan terrorizmi hər zaman qınayacaq

“Crocus City Hall”dakı terror aktında şübhəli bilinən daha bir nəfər saxlanılıb

Hikmət Hacıyev: COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirir VİDEO

Gürcüstanın Bakuriani bölgəsində baş verən qar uçqunu nəticəsində bir nəfər itkin düşüb

Göyçayda yol qəzası baş verib, xəsarət alanlar var VİDEO

Premyerası Bakıda keçirilmiş “Kalina krasnaya” filmi 50 yaşını qeyd edir

Gəncədə yaşayış binasında yanğın baş verib VİDEO

Netanyahu HƏMAS-ın “strateji aktivlərinə” həbs qoyulduğunu açıqlayıb

ABŞ Konqresinin nümayəndə heyəti Ankarada “F-16” tədarükü mövzusunu müzakirə edəcək

Gürcüstanın Baş naziri ölkə müsəlmanları üçün iftar süfrəsi təşkil edib

BMT: Konqonun şərqindəki döyüşlər 6 milyona yaxın insanın evlərini tərk etməsinə səbəb olub

Naxçıvandan Qarabağa yollanan şəhid ailələri Füzuli rayonunda olublar

“Crocus City Hall”da terror aktı törədilən yerdə sübutların yoxlanılması başa çatdırılıb

“Azərişıq” Göyçayda yenidənqurma işlərini davam etdirir

Səfir Leyla Abdullayeva Fransanın nüfuzlu universitetində Azərbaycanın enerji siyasətindən danışıb VİDEO

Lavrov: Ermənistandakı vəziyyət nikbinlik yaratmır

Növbəti aqrar biznes festivalı Qubada təşkil olunub

Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turniri 21 medalla başa vurublar

Politoloq: Ermənistanın Gürcüstan ərazilərini işğal etməsi de-yure təsdiqlənib

Naxçıvanda sel sularından səmərəli istifadə təmin edilib

Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub

İtaliya İsraili Rəfahda hərbi əməliyyat keçirməməyə çağırıb

“Morgenland” Odlar Yurdu ilə görüşür” - Azərbaycan və Almaniya musiqiçilərinin birgə layihəsi təqdim olunub

Nazir: “SİMA İmza” tətbiqinin xarici ölkələrə ixracı üçün danışıqlar aparılır

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Şirvan Apellyasiya Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxılıb

Taha Ayhan: Məqsədimiz Şuşanın azad olunma hekayəsini bütün dünyaya çatdırmaqdır

Nyu-Yorkun mərkəzində avtomobil sürmək üçün rüsum ödəniləcək

Fərid Qayıbov: İl ərzində Şuşada gənclər üçün müxtəlif tədbirlər keçiriləcək

Roma Papasının səhhəti yaxşılaşıb

Elektron Təhlükəsizlik Xidməti OIC-CERT kibertəhlükəsizlik təşkilatına üzv olub

Nazirlik: Taksilərin ağ və ya qırmızı olması ilə bağlı tələb yalnız iyulun 1-dən idxal edilən avtomobillərə şamil edilir

N.Paşinyan: Ermənistanda yalnız bir hökumət var və ikincisi ola bilməz

“Clarivate” şirkətinin nümayəndəsi seçilmiş jurnalların əməkdaşları üçün təlim keçəcək

Gəncə-Qazax bölgəsində yerləşən kolleclərdə monitorinqlər başlanıb

“Şuşa İƏT Gənclər Paytaxtı - 2024” beynəlxalq proqramının keçirilməsinə dair öhdəlik protokolu imzalanıb

Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisi göndərib

Canını Vətənə fəda edənlər – Elçin Şükürov

Bağçalara müdir vəzifəsinə işə qəbulun test imtahanı mərhələsinin qaydaları açıqlanıb

Gürcüstanda doğulan uşaqların sayı 5 faiz azalıb

Mingəçevirdə yataqxana binasında yanğın olub, sakinlər təxliyə edilib

ABB Ağdaş filialını da yeniləyib

Naxçıvanda saxta zeytun yağları satış dövriyyəsindən kənarlaşdırılıb

“İnsanlıq əleyhinə cinayət: soyqırımı siyasəti, tarixi həqiqətlər və faktlar” mövzusunda konfrans keçirilib

Sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrində AYNA-nın loqosu olacaq

Taksilərdə nağdsız ödəniş üçün pos-terminallar quraşdırılacaq

Taksi fənərləri ilə bağlı tələb müəyyənləşib

Qərbi Azərbaycan yallıları ilə bağlı kitabın təqdimatı olub

Akademik Əhəd Canəhmədov Niderlandda beynəlxalq tədbirdə elmi məruzə ilə çıxış edib

Azərbaycanla Misir arasında qida məhsullarının dövriyyəsini genişləndirmək məsələsi müzakirə olunub

Beynəlxalq turizm portalı Azərbaycanla bağlı yazı dərc edib

AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib

“Türk xalqları ədəbiyyatı” üç cilddə nəşrə hazırlanır

Buraxılış tarixi on beş ildən çox olan avtomobillər taksi kimi fəaliyyət göstərə bilməyəcəklər

Sumqayıtda yolların təmirinə başlanılıb VİDEO

Şokoladın həddindən artıq yeyilməsi baş ağrıları və qan təzyiqinin dəyişməsinə səbəb ola bilər

Ağciyər Xəstəlikləri İnstitutunda Ümumdünya Vərəmlə Mübarizə Gününə həsr olunan elmi-praktik konfrans keçirilib

“The Nation” qəzeti: ABŞ söz və fikir azadlığını qoruduğunu bildirir, lakin jurnalistlərin qətlinin təşkilində iştirak edir

Peşə təhsili pilləsinin bir səviyyəsindən növbəti səviyyəsinə keçid qaydasında dəyişiklik edilib

"IELTS imtahanına təşviq" layihəsi çərçivəsində 300 nəfər uğurlu nəticə əldə edib

Türkiyə Silahlı Qüvvələri son bir həftədə 38 terrorçunu zərərsizləşdirib

Niyazinin mənzil-muzeyində Əməkdar artist Arif Manaflı ilə görüş

Premyer Liqa: Dörd oyuna hakim təyinatları açıqlanıb

Azərbaycan ağırlıqqaldıranları üçün antidopinqlə bağlı seminar keçirilib

Azərbaycan və Türkiyə birgə tarixi film çəkəcəklər

“Azərbaycanda sürüşmə hadisələrinin kataloqu” Moskvada nəşr edilib

Korsikanın muxtariyyətinə dair qanun layihəsi qəbul olundu, deputat etiraz etdi: Bu, buxovdur

Birinci Beynəlxalq Opera Festivalının ən gənc iştirakçıları çıxışa hazırlaşırlar

Taksilərin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər təsdiqlənib

BMT-nin İnkişaf Proqramı ilə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb

Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması məqsədilə daxili müsahibə elan edilir

Kino Agentliyində “Kinematoqrafiya haqqında” Qanunun yenilənməsi məqsədilə işçi qrupu yaradılır