Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Azərbaycan müsəlman Şərqində ilk demokratik respublikalı dünyəvi dövlət qurub

Naxçıvan, 27 may, AZƏRTAC

1918-1920-ci illərdə Azərbaycan müsəlman Şərqində ilk demokratik respublikalı dünyəvi dövlət qurub. Bu respublika ölkəmizin çoxəsrlik tarixi inkişafının, milli azadlıq mübarizəsinin məntiqi nəticəsi idi.

Bu fikirləri 28 May – Respublika Günü ilə əlaqədar “Naxçıvan” Universitetinin ümumi tarix kafedrasının təşkilatçılığı ilə “Azərbaycan Xalq Cümhuriyyətinin yaranması milli dövlətçilik tariximizin şanlı səhifəsidir” mövzusunda keçirilən konfransda ali təhsil ocağının tərbiyə işləri üzrə prorektoru Əli Yusifov səsləndirib.

Ali təhsil ocağının ümumi tarix kafedrasının müəllimlərindən Elçin Zamanovun “XX yüzilliyin əvvəllərində Cənubi Qafqaz böyük dövlətlərin planlarında”, Vaqif Hüseynovun “Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasəti” və tarix müəllimliyi ixtisasının II kurs tələbəsi Sərxan Mustafayevin “Müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisidir” mövzularında çıxışları dinlənilib.

Qeyd olunub ki, 23 ay yaşamasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti tarixinin hər bir səhifəsi bütün azərbaycanlılar üçün əzizdir. Çünki cümhuriyyətin yaradılması o dövrkü şəraitdə Azərbaycan milli azadlıq hərəkatının böyük nailiyyəti, tarixi dövlətçiliyimizin uğurlu nəticəsi idi. Demokratik respublikanın yaranması ilə birlikdə Azərbaycan xalqının, onun mütəfəkkir insanlarının müstəqilliklə bağlı arzu və istəkləri də reallaşıb.

Vurğulanıb ki, bu gün müstəqil Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin siyasi varisi kimi dünya dövlətləri sırasında öz layiqli yerini tutub. 1993-cü ildən başlayaraq ulu öndər Heydər Əliyev tərəfindən Azərbaycanın dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər həyata keçirilib, ölkədə davamlı ictimai-siyasi sabitlik bərqərar edilib, dövlətimiz strateji inkişaf yoluna çıxarılıb. Bu gün Prezident İlham Əliyev Ümummilli Liderimizin yolunu uğurla davam etdirir. Ölkəmizdə və muxtar respublikada aparılan iqtisadi və sosial islahatlar öz bəhrəsini verir. Bu gün muxtar respublikada görülən məqsədyönlü işlər nəticəsində doğma diyar inkişaf dövrünü yaşayır. Son illərdə Naxçıvanın qazandığı uğurlar ulu öndər Heydər Əliyev ideyalarının gerçəkləşdiyini, onun arzularının həqiqətə çevrildiyini bir daha təsdiqləyir.

Qeyd edək ki, Respublika Günü ilə əlaqədar “Naxçıvan” Universitetində müəllim və tələbələrin rəsm və əl işlərindən ibarət sərgi də təşkil olunub. Ali təhsil ocağının rektoru, professor İsmayıl Əliyev sərginin açılışında çıxış edərək bu günün tarixi əhəmiyyətindən danışıb, təşkil edilən belə sərgilərin önəmini vurğulayıb.

Sərgidə müəllim və tələbələrin 100-ə yaxın rəsm əsəri, eləcə də 50-dək əl işi nümayiş etdirilir. Muxtar respublikada keçirilən müxtəlif müsabiqələrdə mükafat və diplomlara layiq görülən rəsm əsərləri sərgidə yer alıb.

                                                                       X     X    X

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzində 28 May – Respublika Günü münasibətilə keçilən açıq dərsdə Naxçıvan Tibb Kollecinin tələbələri iştirak ediblər.

Tədbirdə mərkəzin elmi katibi Emin Məmmədov 1918-ci il mayın 28-də yaradılan Azərbaycan Xalq Cümhuriyyətinin müsəlman Şərqində ilk demokratik respublika olduğunu, xalqımızın tarixində mühüm rol oynadığını diqqətə çatdırıb.

Bildirilib ki, xalqımız daim öz qəlbində azadlıq, müstəqil dövlətin vətəndaşı olmaq ümidini yaşadıb və bu yolda çətin mübarizələrdən keçib. Azərbaycanın müstəqilliyə gedən yolu çox çətin və kəşməkəşli olub. Tarixi şərait nəticəsində ötən əsrin əvvəllərində –1918-ci il mayın 28-də Azərbaycan Milli Şurasının qəbul etdiyi İstiqlal Bəyannaməsi ilə müstəqil Azərbaycan dövlətinin yaradıldığı bütün dünyaya bəyan edilib. Beləliklə, Azərbaycan dövlətçiliyi tarixində ilk Konstitusiya Aktının qəbulu ilə Xalq Cümhuriyyəti forması elan olunub.

Qeyd edilib ki, Azərbaycan xalqının öz müqəddəratını müəyyən etmək, insanların hüquq bərabərliyinə hörmət, bütün xarici dövlətlərlə, habelə qonşu xalqlarla dinclik və əmin-amanlıq şəraitində yaşamaq, bir-birinin suverenliyinə, ərazi bütövlüyünə hörmətlə yanaşmaq kimi ali prinsipləri özündə ehtiva edən İstiqlal Bəyannaməsi yeni yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin daxili və xarici siyasətinin başlıca istiqamətlərini də müəyyənləşdirib. Yeni yaradılan dövlət mürəkkəb bir şəraitdə fəaliyyət göstərib, beynəlxalq aləmdə baş verən hərbi-siyasi dəyişikliklər nəticəsində yalnız 23 ay yaşaya bilib. Tarix üçün çox qısa bir zaman kəsiyində fəaliyyət göstərən Xalq Cümhuriyyətinin gördüyü işlər xalqımızın milli dövlətçilik məfkurəsinin formalaşmasında və inkişafında silinməz izlər buraxıb. Sonrakı dövrlərdə də kommunist rejiminin həyata keçirdiyi sərt, amansız tədbirlər, qeyri-insani, ağlasığmaz cinayətlər xalqımızın istiqlal əzmini qıra bilməyib. Zor gücünə yaradılmış sovet imperiyasını qorxu, xof ilə qoruyub saxlamaq mümkün olmayıb. 1991-ci ildə SSRİ dağılıb və Azərbaycan xalqı öz milli dövlətçiliyini yenidən bərpa edib. Dahi şəxsiyyət Heydər Əliyev Azərbaycanda yenidən hakimiyyətə gələndən sonra respublikamızı Xalq Cümhuriyyətinin hüquqi varisi elan edib.

Daha sonra Naxçıvan Tibb Kollecinin tələbələrinə mərkəzin fəaliyyəti haqda məlumat verilib.

AZƏRTAC–ın Naxçıvan Muxtar Respublikasındakı bürosu

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Laləli çəmənlik görmək istəyənlər Ağgöl Milli Parkına tələsin

ETX-nin məktəblərdə kibertəhlükəsizlik mövzusunda maarifləndirilmə layihəsi davam edir

“AzInTelecom” BMT-nin Qlobal Sazişinə qoşulub

Paytaxtda saxta alkoqollu içkilərin satışa çıxarılmasının qarşısı alınıb

Azərbaycan gimnastı: Karyeramda ən böyük dəstəkçim anamdır

Azərbaycan ilə Türkiyə muzeyləri arasında əməkdaşlıq imkanları müzakirə olunub

NASA ən maraqlı kosmik missiyanı təsdiqləyib

“Qəbələ” israilli futbolçu ilə vidalaşıb

Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar...

Daha iki qanun layihəsi Milli Məclisin plenar iclasa tövsiyə edilib

PFL-in prezidenti: Qəzadan sonra 9 dəfə əməliyyat olundum - MÜSAHİBƏ

BMU tələbələri ev heyvanlarının məsafədən qidalanmasına imkan verən cihaz hazırlayıblar

Azərbaycanın Rumıniya ilə hazırladığı layihə NATO tərəfindən təsdiqlənib

Azərbaycanın Baş prokuroru Beynəlxalq Prokurorlar Assosiasiyasının vitse-prezidenti seçilib

BŞTİ: Bakı Fransız Liseyində təhsil alan uşaqların dövlət təhsil müəssisələrinə köçürülməsi təmin edilə bilər

Bakı hava limanı yenidən “Skytrax” mükafatına layiq görülüb

Ukraynada pilotsuz təyyarələr istehsal edən yeni zavod açılıb

Ali Məhkəmə: İnzibati orqan öz praktikasını inzibati məhkəmə qərarlarının məzmununa uyğunlaşdırmağa borcludur

Azərbaycanın xarici işlər naziri Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyəti müzakirə edib

MOK-da Baham adaları Olimpiya Komitəsinin vitse-prezidenti ilə görüş olub

Mina təhlükəsi ilə bağlı təlimlərdə 1500-dən çox keçmiş məcburi köçkün iştirak edib

Nazir: Türkiyə mülki aviasiya sahəsində sürətlə inkişaf edən ölkələr sırasındadır

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yenilənmiş saytı istifadəyə verilib

Azərbaycan atıcıları lisenziya turnirində iştirak edəcəklər

IRENA Assambleyasının 14-cü sessiyasında Afrikada bərpa olunan enerji mənbələrinin tətbiqi müzakirə olunub

Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaqatalada vətəndaşlarla görüşüb

Türkiyə XİN regiondakı son hadisələrlə bağlı bəyanat yayıb

® “Azercell” Böhran İdarəetmə Qrupu layihəsini elan edir

Nigeriya ordusu bir həftədə 192 terrorçunu məhv edib

“Aztelekom” tərəfindən Oğuz rayonunun 97 faizi yüksəksürətli internetlə əhatə olunub

Latviyada yeni xarici işlər naziri təyin edilib

Azərbaycan və Britaniya yaşıl enerjiyə keçidi reallaşdıracaq kadrları birgə hazırlayacaq

Türkmənistan nəqliyyat marşrutları layihələrində daha fəal iştirak edəcək

® “Rabitəbank” müştəriləri biznes hesablarını banka gəlmədən aça bilərlər!

BDU tələbələri arasında “Ekologiya hüququ” mövzusunda məqalə müsabiqəsi elan edilir

Füzulidə keçirilən tibbi aksiyanın ilk günündə 100-dən çox sakin oftalmoloji müayinə olunub

Məktəblilər uşaq yazıçısı Vüqar Haqverdiyevlə görüşüblər

Azərbaycan Rusiyadan ən çox taxta-şalban idxal edən 10 ölkə arasındadır

Bərdə, Ağcabədi, Ağdam və Tərtər rayonlarında dövlət qulluqçuları üçün təlimlər keçirilib

Qazaxıstan üç ayda 33 mindən çox avtomobil istehsal edib

Britaniyalı lord Azərbaycan-Britaniya əlaqələrindən danışıb

Xəzər dənizində tikinti məqsədləri üçün süni torpaq sahələri yaradılacaq

Ədliyyə işçilərinə və ailə üzvlərinə mənzil kirayəsi ilə bağlı pul kompensasiyası ödəniləcək

Hesablama Palatasının builki hesabatında Dayanıqlı İnkişaf Məqsədləri prioritet olub RƏY

Aİ Rusiyaya qarşı 14-cü sanksiyalar paketi üzərində işləyir

FHN: Sumqayıtda qanunsuz tikili sökülüb VİDEO

Türkiyə gələn il Somalidə neft kəşfiyyatına başlamağı planlaşdırır

“Netflix” bu il daha 9,3 milyon abunəçi qazanıb

“Ağ-qaralar”ın idman direktoru: Klubu sevən azarkeş hər zaman stadionda olmalıdır

Səhiyyə naziri respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalayıb

İsveçli funksioner: Transfer işləri ilə skaut komandası maraqlansa da, son qərarı mən verirəm

Xocavənd rayonunda fermada xeyli sayda partlayıcı maddə aşkarlanıb

Tarix Muzeyində tədbir: Molla Nəsrəddin güldürür və düşündürür

Məktəblilər ölkəmizi Avropada təmsil edəcəklər

Naxçıvan Muxtar Respublikası Ali Məclisinə yeni hüquq verilir

İnzibati xəta haqqında iş üzrə icraat zamanı foto və ya video çəkilişin mediaya təqdim edilməsi inzibati məsuliyyətə səbəb olacaq

Yen Andersson: Növbəti mövsümün əvvəlində "Neftçi" yeni bazasından istifadə edə biləcək

Ölkə ərazisində havanın temperaturu 30 dərəcəyə yüksələcək

Azərbaycan Təhsil Cəmiyyətinin İdarə Heyəti yeni tərkibdə təsdiqlənib

Qərbi Azərbaycanda milli maarifçilik tariximiz – Araşdırma

“Apple” Çində “WhatsApp” və “Threads” proqramlarını “App Store”dən çıxarıb

Zərərli maddələrin miqdarı normadan çox olan avtomobillərin sürücülərinə qarşı tədbirlər görülüb VİDEO

“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilir

ÜST quş qripi ilə bağlı həyəcan təbili çalır

“Science” jurnalı: Çinin iri şəhərlərinin təxminən yarısı çökür

ATMU nümayəndələri “Erasmus+” layihəsi çərçivəsində Avstriyada təlimdə olublar

Binəqədi rayonunda tanışlarını kafedə qəsdən öldürən şəxs barədə cinayət işi məhkəməyə göndərilib

Hesablama Palatasının sədri: 2024-cü ildə bir neçə mövzuda ekoloji audit keçiriləcək

Bərdə Peşə Liseyinin tələbəsi ABŞ-da keçirilən yarışda ölkəmizi təmsil edəcək

Vüqar Gülməmmədov: Ötən il obyektlər tərəfindən məsuliyyətə cəlbetmə istiqamətində fəaliyyət əvvəlki illərə nisbətən yetərli olub VİDEO

“Sony” və “Apollo” kompaniyaları “Paramount” şirkətini satın almaq niyyətindədir

Yens Andersson: Başlıca məqsəd "Neftçi"yə xarakteri yaxşı olan futbolçular cəlb etməkdir

Azərbaycan, Rusiya və Qazaxıstanın Hindistanın neft idxalında payı 13 faiz artıb

"Neftçi"nin idman direktoru: Azərbaycanın ən böyük klubunda işləmək qürurverici hissdir

Məleykə Abbaszadə gənclərə çağırış etdi: Özlərini aldatmasınlar

FHN: Ötən sutka ərzində ikisi azyaşlı olmaqla 4 nəfər xilas edilib

Rusiyanın qəzaya uğrayan hərbi təyyarəsinin pilotlarından biri həlak olub

Şri-Lanka Rusiyaya çay ixracını 14 faiz artırıb

TDT diplomatiya akademiyalarının toplantısı Bakıda keçiriləcək

NASA süni intellekt sayəsində iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verəcək

“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri İmişlidə vətəndaşlarla görüşəcək

Bakıda bədii gimnastika üzrə Dünya Kuboku start götürüb

Sudanda 390-dan çox insan vəba və “denge” qızdırmasından ölüb

Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü ifşa edilib

Şərqşünas alim Ege Universitetində XX əsrdə azərbaycanlılara qarşı törədilmiş soyqırımlar haqqında məruzə deyib

AQTA sədri istehlakçılara çağırış edib

Mərkəzi Seçki Komissiyasının nümayəndə heyəti Maldiv Respublikasında parlament seçkilərini müşahidə edəcək

Ukraynaya daha bir hava hücumu: 8 nəfər ölüb, 25 nəfər yaralanıb VİDEO

Deputat: Rusiya sülhməramlılarının Azərbaycandan çıxarılması yeni mərhələ deməkdir

Şirvan elektrik şəbəkəsi yenidən qurulur

Qərbi Azərbaycanın iqtisadi inkişaf potensialı: retrospektiv təhlil və gələcəyə baxış - AzMİU-da konfrans

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Kənan Bağırov

Dövlət Xidməti Şamaxıda maarifləndirici tədbir keçirib

Parlamentdə Hesablama Palatasının 2023-cü ildə fəaliyyəti ilə bağlı hesabatı müzakirə olunur

AFR-in vitse-kansleri saat yarım Kiyevdə bomba sığınacağında qalıb

Səməd Seyidov: Türk dövlətləri arasında münasibətlər intensivləşməkdədir

Yevlaxda genişzolaqlı internetə çıxış 71 faiz təşkil edir

ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasını əngəlləyib

İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında

Premyer Liqada XXXI turun hakimləri bəlli olub