MƏDƏNİYYƏT


Azərbaycan musiqiçiləri Tbilisi Caz Festivalına dəvət olunublar

Tbilisi, 7 fevral, AZƏRTAC

Martın 25-də Tbilisidə 23-cü Caz Festivalı keçiriləcək. Rustaveli teatrında olacaq musiqi bayramı üç gün davam edəcək. Festivalda Britaniya, ABŞ, Fransa, Gürcüstan və digər ölkələrin tanınmış caz ustaları iştirak edəcəklər.

Teatrdan AZƏRTAC-ın xüsusi müxbirinə bildiriblər ki, festivala Azərbaycan cazmenləri və caz musiqisi üzrə mütəxəssisləri də dəvət olunublar.

Festivalın ilk günündə Dayana Rivz öz qrupu ilə çıxış edəcək.

Dünya şöhrətli cazmenlərlə yanaşı, Gürcüstanın məşhur Qudci Mardina, Luka Topuriya (kvartet), Rezo Kiknadze (sikstet) və Qiya Rakviaşvili üçlüyü çıxış edəcək.

Festivalda məşhur azərbaycanlı cazmen Vaqif Mustafazadənin əsərlərinə də müraciət olunacaq.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.