CƏMİYYƏT


Azərbaycan musiqisi və milli mətbəx nümunələri ABŞ-da təbliğ olunub

Vaşinqton, 4 dekabr, AZƏRTAC

Ölkəmizin ABŞ-dakı səfirliyində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Hərbi Orkestrinin solisti, tarzən Arslan Növrəsli, Beynəlxalq Muğam Mərkəzinin solisti, kamança ifaçısı Elnur Mikayılov və Əməkdar artist, pianoçu Nərgiz Əliyevanın iştirakı ilə mədəni tədbir keçirilib. Tədbirin keçirilməsində məqsəd Azərbaycan musiqisinin və milli mətbəx nümunələrinin təbliği olub.

Tədbir “Dünya üzrə Amerika xarici xidmətinin əməkdaşları” (Associates of the American Foreign Service Worldwide) və “Vaşinqton Beynəlxalq klubuna xoş gəlmisiniz” (Welcome to Washington International Club) qeyri-kommersiya təşkilatlarının 50-yə yaxın üzvünün iştirakı ilə keçirilib. İştirakçılar arasında 10-dan artıq ölkənin, həmçinin ABŞ-da fəaliyyət göstərən diplomatik missiyaların nümayəndələri də yer alıb.

İfaçılarımız həm yerli, həm də xarici bəstəkarların əsərlərini ifa ediblər.

Sonra qonaqlara Azərbaycanın milli təamları, o cümlədən milli şirniyyatlarımız təqdim olunub.

AZƏRTAC-ın Vaşinqton bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.