ELM VƏ TƏHSİL


“Azərbaycan müstəqillik illərində” mövzusunda seminar keçirilib

Bakı, 16 oktyabr, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdində Sosial-İqtisadi Kollecdə “Azərbaycan müstəqillik illərində” mövzusunda dəyirmi masa keçirilib.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının otuzuncu ildönümünə həsr olunan seminarda kollecin direktoru Vidadi Orucov ölkəmizin 30 il ərzində əldə etdiyi uğurlardan danışıb.

Bildirilib ki, əgər 1991-ci ildə Azərbaycanın müstəqilliyinin bərpası tarixi zərurətdən irəli gələn hadisə idisə, bu müstəqilliyin əbədiliyi və dönməzliyi ümummilli lider Heydər Əliyevin adı ilə, beynəlxalq aləmdə böyük nüfuzu olan, Cənubi Qafqazın lider dövləti sayılan müasir Azərbaycan isə Prezident İlham Əliyevin fəaliyyəti ilə bağlıdır.

Kollecin müəllimi Qələndər Muxtarlı seminarda bu günün tarixi əhəmiyyətindən, Azərbaycanın dövlət müstəqilliyinin bərpası və onun möhkəmləndirilməsindən söz açıb.

Tələbələr Mehdi Qurbanov və Asif Cənnətov Azərbaycanın dövlətçiliyi ilə bağlı məruzə ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.