SİYASƏT


Azərbaycan müstəqilliyinin bərpasının 30-cu ildönümü Qazaxıstanda da qeyd olunub VİDEO

Nur-Sultan, 19 oktyabr, AZƏRTAC

Qazaxıstanın paytaxtı Nur-Sultanda Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 30-cu ildönümünə həsr edilmiş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, ölkəmizin Qazaxıstandakı səfirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə ziyalılar, yerli ictimaiyyətin tanınmış nümayəndələri, gənclər və KİV nümayəndələri iştirak ediblər.

Ölkəmizin Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov ölkəmizin müstəqillik uğrunda keçdiyi şərəfli yoldan, müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyevin müstəqilliyimizin bərpası və qorunması istiqamətində yorulmaz fəaliyyətindən, onun ölkəmizdə həyata keçirdiyi dövlət quruculuğu və inkişaf siyasətindən danışıb. Bu siyasətin hazırda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi, ölkəmizin beynəlxalq arenada nüfuzunun artdığı, 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycanın ərazi bütövlüyünü bərpa etdiyi bildirilib.

Diplomat qeyd edib ki, ümummilli lider Heydər Əliyevin apardığı uğurlu siyasət bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Vurğulanıb ki, dövlətimizin başçısı İlham Əliyevin apardığı uğurlu diplomatiya son 18 ildə Azərbaycana bölgədə və dünyada layiqli yer qazandırıb.

Qeyd edilib ki, 44 günlük Vətən müharibəsi 30 ilə yaxın davam edən Ermənistanın işğalçılıq siyasətinə son qoyub, Azərbaycan ərazi bütövlüyünü, bir milyona yaxın azərbaycanlının fundamental hüquqlarını bərpa edib. Azərbaycanın BMT Təhlükəsizlik Şurasının 1993 -cü il tarixli müvafiq qətnamələrinin icrasını təkbaşına təmin edib.

Qazaxıstanın L. Qumilyov adına Avrasiya Milli Universitetinin prorektoru Gülnar Merzadinova iki ölkənin ali təhsil ocaqları arasında əməkdaşlıq münasibətlərdən bəs edərək bildirib ki, hazırda akademik mobillik, elmi-araşdırma sahələrində təcrübələr aparılır. G. Merzadinova Azərbaycan Prezidentinin 2010-cu ildə L.Qumilyov adına Avrasiya Milli Universitetinin fəxri professoru adına layiq görülməsindən qürur duyduğunu bildirib. Qeyd etdi ki, bu ali təhsil ocağında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev adına auditoriyanın yaradılması iki ölkə arasında əlaqələrin inkişafında vacib addım oldu.

Politoloq Arman Süleymenov və “Elsan” Fondunun prezidenti Serik Yerqali çıxışlarında Azərbaycanla Qazaxıstan dostluq münasibətlərinin əsasının ulu öndər Heydər Əliyevlə elbaşı Nursultan Nazarbayev tərəfindən qoyulduğunu, bu dostluq, qardaşlıq ənənəsinin müstəqillik illərində daha da inkişaf etdirildiyini vurğulayıblar. Natiqlər xalqlarımız və ölkələrimiz arasında dostluğa, tərəfdaşlığa, yaxın qonşuluğa və qarşılıqlı hörmətə əsaslanan əməkdaşlığın davam etdiriləcəyini və bütün bunların Azərbaycan-Qazaxıstan dostluğunun daha da möhkəmlənməsində mühüm rol oynayacağını bildiriblər. Serik Yerqali Azərbaycanın Qələbəsinin bütün türk dünyasının zəfəri olduğunu vurğulayıb. Eyni zamanda, qeyd edib ki, Azərbaycan xalqı nümunə 30 il ərzində işğal altında olan torpaqları qaytarmağın mümkünlüyünü sübut edib.

Tədbir çərçivəsində Azərbaycanın müstəqilliyinin bərpasının 30-cu ildönümündən və 44 günlük Vətən müharibəsindən bəhs edən videoçarx nümayiş etdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.