İQTİSADİYYAT


Azərbaycan mütəxəssisləri Koreya Respublikasında “İKT eksperti” beynəlxalq sertifikatına layiq görülüb

Bakı, 8 noyabr, AZƏRTAC

Azərbaycan mütəxəssisləri Koreya Respublikasında “İKT eksperti” beynəlxalq sertifikatına layiq görülüb.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Koreya Respublikasının paytaxtı Seul şəhərində “İKT eksperti” təlim proqramı çərçivəsində “Radiospektr idarəçiliyi və radiomonitorinq” mövzusunda beynəlxalq tədbir keçirilib.

20-yə yaxın ölkənin iştirak etdiyi tədbirin əsas mövzusu “5G” texnologiyaları, radiospektr idarəçiliyi, Koreyada radiotezlik hərracları, radiotezlik idarəetməsi, o cümlədən, interferensiya hallarının tənzimlənməsi və ən yeni radiomonitorinq texnologiyaları olub.

Tədbirdə ölkəmizi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Radiotezliklər İdarəsinin nümayəndələri təmsil edib. Koreya təcrübəsi ilə tanış olan mütəxəssislər radiomonitorinq şəbəkələri, idarəetmə metodları, o cümlədən, tarif siyasəti və müvafiq qanunvericilik üzrə müzakirələrdə iştirak ediblər.

Mütəxəssislərimiz nəzəri və praktik fəaliyyətlə yanaşı, tədbir çərçivəsində müsabiqələrdə də iştirak ediblər və “İKT eksperti” beynəlxalq sertifikatına layiq görülüblər.

Səfər çərçivəsində bir sıra beynəlxalq təşkilatların nümayəndələri və sahənin ekspertləri ilə görüşlər keçirilib.

Qeyd edək ki, radiospektr idarəçiliyi və radiotezlik idarəetməsində beynəlxalq təcrübə yeni texnologiyaların ölkəmizə transformasiyası istiqamətində böyük önəm daşıyır.

Koreya Respublikası radiospektr idarəçiliyində qabaqcıl ölkələrdən biri kimi Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən istinad ölkə hesab olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.