Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Azərbaycan naminə bu gün heç vaxt olmadığı kimi bir olmalıyıq

Azərbaycan naminə bu gün heç vaxt olmadığı kimi bir olmalıyıq

Bakı, 18 iyul, AZƏRTAC

Bu il iyulun 12-də Ermənistan-Azərbaycan dövlət sərhədində, işğalçı ölkə ilə təmas xəttində atəşkəsin pozulması fonunda ölkəmiz dünya mətbuatının diqqət mərkəzində oldu. İstər cəbhə rayonundan gələn, lokal döyüşlərin mənzərəsini yaradan rəsmi, istərsə də internet resurslarından yağan qeyri-rəsmi xəbərlər cəmiyyətimizdə çaşqınlıq yaratmadı. Bunu cəmiyyətin sıravi üzvü olaraq müşahidə edənlərdən biri kimi deyirik. Onu da vurğulayaq ki, COVID-19-un bütün dünya üçün böyük problemlər yaratdığı bir vaxtda xalqımıza düşmən olduğunu əməlləri ilə təsdiq etmiş bir dövlətin növbəti təxribatı da hansısa təəccüb yaratmayacaq qədər adi qarşılandı.

Bu fikirlər Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinin dekanı, filologiya üzrə elmlər doktoru, professor Mahirə Hüseynovanın AZƏRTAC-a təqdim etdiyi “Heç vaxt olmadığı kimi...” məqaləsində yer alıb.

Məqalədə deyilir: “Bu, həmin Ermənistandır, 1918-ci ildə tarixi Azərbaycan torpağı olan İrəvan şəhərini Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin güzəştləri sayəsində özünə paytaxt elan edən, daha sonra Zəngəzurun böyük hissəsini ilhaq edən dövlət.

Bu o Ermənistandır, 1980-ci illərin sonlarında Sovet İttifaqının dağılması ərəfəsində himayədarlarının hərbi-siyasi dəstəyi ilə Dağlıq Qarabağa iddia edən, daha sonra Azərbaycandakı ictimai-siyasi qeyri-sabitlikdən yararlanaraq ölkəmizin 20 faizindən çoxunu işğal edərək hələ də öz nəzarətində saxlayan dövlət.

Buna görədir ki, o dövlətin iyulun 12-də törətdiyi təxribat cəmiyyətimizdə aydın səmada şimşək effekti yaratmadı. Bu, təbiidir, ona görə ki, Azərbaycan Respublikasının zorla cəlb olunduğu Ermənistan-Azərbaycan silahlı münaqişəsinin son 30 illik tarixində düşmənin fürsətcilliyinin dəfələrlə şahidi olmuşuq. Yeri gəlmişkən, 2020-ci il iyul ayının 15-də, Ermənistanın atəşkəs rejimini pozmasından üç gün sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında baş verənləri belə təqdim edirdi: “Bildiyiniz kimi, iyulun 12-də erməni silahlı qüvvələri Azərbaycan mövqelərinə artilleriya atəşi ilə zərbə endirmişlər və bu gözlənilməz zərbə nəticəsində bizim hərbçilərimiz həlak olub, yaralanıb. Ondan sonra hər dəfə olduğu kimi, Ermənistan bu təxribatın səbəbkarı kimi Azərbaycanı göstərməyə cəhd etmişdir, halbuki bu, heç bir məntiqə sığmır. Bizim Ermənistanla Azərbaycanın dövlət sərhədində hər hansı bir hərbi məqsədimiz yoxdur. Bildiyiniz kimi, bir neçə il bundan əvvəl mənim tapşırığımla sərhədin bir hissəsinin qorunması Sərhəd Qoşunlarına həvalə olunubdur. Bu da onu göstərir ki, bizim bu istiqamətdə hər hansı bir hərbi planımız yoxdur və prinsip etibarilə hərbi məqsədlər nöqteyi-nəzərdən bunun heç bir əhəmiyyəti yoxdur.

... Yəni, bu cəfəng versiyanın Ermənistan tərəfindən təqdim edilməsinin əsas səbəbi günahı bizim üzərimizə yıxmaqdır, hər dəfə olduğu kimi. Ancaq bu dəfə buna heç kim inanmayıb. Hərbi mütəxəssis olmaq lazım deyil ki, bu cəfəng versiyaya insanlar inansın. Əsl vəziyyət ondan ibarət idi ki, bir daha demək istəyirəm bizim hərbi postumuz artilleriya atəşi ilə vurulub və bu qəfil çirkin addım nəticəsində hərbçilərimiz həlak olublar. Dərhal mən bütün müvafiq göstərişlər verdim. Azərbaycan Silahlı Qüvvələrinə göstəriş verdim ki, hərbçilərimizin intiqamı alınmalıdır, onların qanı yerdə qalmamalıdır və düşmənə elə bir zərbə endirilməlidir ki, onu uzun illər bundan sonra yaddan çıxarmasın”.

Atəşkəsin Azərbaycan Respublikası tərəfindən, özü də Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərimizdən kifayət qədər uzaq bir məsafədə pozulmasında heç bir məntiq olmadığını Prezident aydın şəkildə izah edir.

Buna baxmayaraq, iyulun 13-14-də azərbaycandilli bəzi internet televiziyalarında baş verən insidentin tamam başqa cür təqdimatına şahid olurduq. Onlardan bəzilərinin çatdırdığı, hətta tamaşaçını inandırmağa cəhd etdikləri informasiyaların az qala, Ermənistanın xarici işlər nazirliyinin bülletenlərindən tərcümə edildiyi də təxmin oluna bilərdi. Həmin “məlumatları” nə cür olursa- olsun auditoriyasının beyininə yeritməyə çalışan “politoloqlar” və “hərbi ekspertlər” bunu, etdiklərini belə, “vətənpərvərlik” nümunəsi kimi təqdim etməkdən çəkinmirdilər. Bunlardan əlavə, bəzi sosial şəbəkə istifadəçilərinin ayrı-ayrı şaiyələrə uyaraq birbaşa cəbhə xəttində, hadisələrin episentri olan Tovuz rayonunda düşmən tərəfin dezinformasiyalarından doğan məlumatların yayılması, oradan uzaq bölgələrdə, hətta paytaxtda müəyyən proseslərin başlamasını xəbər verən “məlumatların” tirajlanması, oxşar digər informasiyaları yaymaq cəhdləri qabarıq görünürdü.

Etiraf edək ki, epizodik olsa da belə hadisələri görmək kədərlidir. Daha kədərli olan isə odur ki, şəhid olmuş hərbi qulluqçularımız qarşısında ehtiram hissini ifadə etmək, Aərbaycan dövlətinin yanında olduğunu bildirmək, işğalçılıq siyasətini gizlətməyi belə lazım bilməyən düşmən dövlətə, onun hökumətinə etirazını ifadə etmək üçün gələn minlərlə insanımızı provakasiyaya çəkmək cəhdləri gördük. Bunlar çox qəmli situasiyalar idi. Müdafiə Nazirliyinin döyüş meydanına çevrilmiş Tovuz rayonundakı kəndlərdən yaydığı döyüş informasiyalarının ara vermədiyi məqamlarda Bakının küçələrində iğtişaş yaratmaq cəhdlərini görmək çox ağır idi. İnsanları Milli Məclisin binasına girməyə yönləndirməyi, binanın içində baş verənləri görmək, polisə nəinki tabe olmamaq, hətta ona zor tətbiqinə çalışmağı müşahidə etmək üzüntülü mənzərələr idi. Bu o mənzərələr idi ki, 30 il əvvəl yaşananları göz önünə gətirirdi, siyasi intriqalara yol açan, “millət” və “vətən” qışqıran insanları xatırlamaq üçün qurulmuş dekorasiyanın özü idi sanki… Eynən, yaşadığımız faciələrə, Malıbəylidə yanan evlər, Bağanis Ayrımdakı ot tayasında alışan adamlar, Xocalıda süngüyə keçirilən körpələr, ağrının və dəhşətin gücündən ağlını itirən analar, gücsüzlüyündən ürəyi partlayan kişilər, Ağdama aparan yolda donan qocaların insanın ağlına gəlməyən əzablarına gedən yolun başlanğıcı görünürdü sanki. Elə bil, Üzeyir bəyin Şuşada inləyən ruhunu, Soltan bəyin Laçında od tutan qəbrini, Ağdabanda Aşıq Şəmşirin qan ağlayan sazını bir də gördük…

Körpə Zəhranı nişan alıb da açılan tüfəngin səsini eşitdik.

Diksindirici olsa da o illəri və həmin illərin öz dərdi, əzabı ilə yaddaşımıza hopmuş xatirələrini unutmaq olmur.

Bir anlığa xatirələr həmin illərə aparır və qorxulu yuxuları xatırladan həmin illərdən qopub bu günkü Azərbaycana qayıdır və mükəmməl Silahlı Qüvvələri olan, iqtisadiyyatının inkişaf və sosial rifah yaratdığı, dünyanın ən mötəbər beynəlxalq və regional təşkilatlarında yeri olan dövlətimizi görürük. Onu da görürük ki, Azərbaycan uzaq olmayan həmin illərdəki haqlı ola-ola “907-ci düzəliş”dən doğan sanksiyalara məruz qalmış o ölkə deyil. Bu, siyasi əsasları ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş, Prezident İlham Əliyevin liderliyi ilə inkişaf edən modern dövlətdir.

Biz hər birimiz, ona səs verən Azərbaycan seçicilərinin böyük çoxluğu öz liderimizə inanırıq. Bu inamı şərtləndirən kifayət qədər amillər var və yaxın 30 ildə keçdiyimiz yolların təcrübəsi onu da göstərdi ki, artıq Azərbaycan Respublikasının beynəlxalq miqyasda haqlı ola-ola müxtəlif dövlətlərin, yaxud beynəlxalq təşkilatların şantajına hədəf olduğu vaxtlar tarixə dönübdür. Onu yaxın iki-üç günün reallığı da bir daha göstərdi. Ermənistanın təxribatı ilə cəlb olunduğumuz lokal döyüşlərin getdiyi vaxtlarda və ondan sonra ard-arda dünyanın ən nüfuzlu dövlətlərinin rəhbərləri, parlamentariləri, nüfuzlu beynəlxalq və regional təşkilatlar birmənalı olaraq Azərbaycanı Ermənistan aqressiyasının girovu kimi göstərdi. O sırada, əlbəttə, qardaş dövlət olan Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın birmənalı mövqeyi nəinki Ermənistan dövlətinə, həmçinin ona siyasi-hərbi dəstək verən qüvvələrə ismarıc oldu. Dünyanın nüvə dövlətlərindən biri Pakistanın, strateji müttəfiqimiz olan Ukrayna, Qazaxstan, Qırğızıstan, Özbəkistan və digər dövlətlərin, həmçinin tərkibində 57 dövləti birləşdirən İslam Əməkdaşlıq Təşkilatının, ayrı-ayrı ölkələrin konqresmenləri və deputatlarının birmənalı mövqeyi onu göstərdi ki, Azərbaycan Respublikası ərazi bütövlüyünün təmin olunacağı gün uzaqda deyil.

Prezident İlham Əliyev tarixi çıxışında güvənib arxalandığı güc mənbəyini belə göstərirdi: “Bu gün xalq-iqtidar birliyi Azərbaycanda sabitliyin inkişafının əsas şərtidir”.

Biz vətəndaş olaraq o şərti qorumalıyıq.

Bütün xalqımız kimi hər birimiz üçün torpağımızın böyük bir hissəsinin işğal altında qalması ağırdır. Düşmən provakasiyaları nəticəsində itirilən əsgər və zabitlərimizin hər biri əzizdir və onların ruhu qarşısında baş əyirik.

Bizə əziz olan Azərbaycan naminə, onun yaralarının sağalması naminə bu gün heç vaxt olmadığı kimi bir olmalıyıq.

Bu, ömrünün 36 ilini şagird və tələbələrin daha bilikli, daha kamil, daha vətənpərvər olmasına həsr etmiş bir müəllimin də yox, Azərbaycan qadınının, anasının ən böyük istəyidir”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər YENİLƏNİB

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

Laçında ilk dəfə “Laçında peşə öyrən!” adlı yarmarka keçirilir

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB

Azad olunmuş ərazilərə olan avtobus reyslərinin may ayı üzrə biletləri satışa çıxarılır

Bəzi qan təzyiqi dərmanları gözə zərər vura bilər

Anar Bağırov: Artıq vəkil olmaq hüquqşünaslar üçün bir prestij məsələsidir

“Euronews”: Bakı limanı ticarət və logistika sahəsində qlobal lider rolunu daha da möhkəmləndirmək əzmindədir

Yol hərəkəti qaydalarını pozan 196 piyada haqqında inzibati protokol tətbiq olunub

Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirilib

Penitensiar xidmətin rəisi Türkiyədə beynəlxalq tədbirdə iştirak edib

KOBİA sədri: Naxçıvanda sahibkarlar kənd təsərrüfatına investisiya yatırmaqda maraqlıdırlar

Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq YENİLƏNİB

Masallıda qida sahəsində işləmək istəyən vətəndaşların müraciətlərinə baxılıb

Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

® “Caspian Energy Club” və AISA-nın təşkilatçılığı ilə “CEO MeetUp HSE day” keçirilib

"Gəncə və gəncəlilər" layihəsi növbəti dəfə Xalq artisti Fikrət Verdiyevə həsr olunub

BMU-da tələbələr üçün “Karyera günü”

Türkiyənin “ASELSAN” şirkəti ixrac həcmini 1 milyard dollara çatdırmağı planlaşdırır

Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri başa çatıb

Azərbaycanı Prezident Kubokunda təmsil edəcək taekvondoçular açıqlanıb

Həftəsonu “Kənddən Şəhərə” yarmarkaları təşkil ediləcək

Milli Məclisin sədri Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin iclasının iştirakçıları ilə görüşüb

Türkiyə universiteti ilə ATU arasında birgə elmi-tədqiqat işlərinin aparılması planlaşdırılır

Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır

Məktəblilərlə ekoloji maarifləndirməyə dair söhbət aparılıb

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirində mübarizə aparacaqlar

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

“Sabah”ın kapitanı: Hələ mövsümü özümüz üçün uğurlu adlandıra bilmərik

Beynəlxalq təşkilatlar, böyük dövlətlər rəsmi Bakının sülhpərvər siyasətinə ciddi dəstək göstərməlidirlər - RƏY

Dəyişən iqlim şəraitində əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri təşkil olunub

Rusiya XIN: Moskva Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyasına gələcəkdə də kömək etməyə hazırdır

“Dəniz kənarında” filminin çəkiliş tarixi məlum olub

Xalq şairi Rəsul Rzanın ev-muzeyində tədbir: “100 illik şanlı tarix”

Yuğ Teatrı “21:15 qatarı” adlı yeni tamaşanın premyerasına hazırlaşır

® “Birbank Biznes”lə vaxt sənə işləsin

Elmira Süleymanova II Fəxri xiyabanda dəfn olunub

UNESCO-nun Afrikaya həsr edilmiş Zirvə toplantısında Azərbaycan da təmsil olunacaq

BDU Çinin Hefei Texnologiya Universiteti ilə əməkdaşlığı genişləndirir

Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar

İngiltərə və Uelsdə oğurluq halları rekord həddə çatıb

Romada “Agdam delenda est. Images from Karabakh” adlı foto kitabın təqdimatı olub VİDEO

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar YENİLƏNİB

Üç ayda 38,9 min nəfərdən çox şəxsə sosial müavinət və təqaüd təyin olunub

Tanzaniyada daşqınlar 155 nəfərin həyatına son qoyub

Yığmanın məşqçisi: Azərbaycanda akrobatika gimnastikasına olan maraq bizi sevindirir

Milli Oftalmologiya Mərkəzi və Dəmiryol Səyyar Klinikası Balakəndə tibbi aksiya keçirəcək

Qazaxıstan TDT ölkələrinin kosmik sahədə əməkdaşlığını dəstəkləyir

UNICEF: Filippin eyni vaxtda bir neçə epidemiya ilə mübarizə aparır

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun Şəhidlər xiyabanında xatirəsi anılıb

Azərbaycan və Qırğızıstan prezidentlərinin Füzuli-Ağdam səfərləri siyasi mesaj ehtiva edən həmrəylik göstəricisidir ŞƏRH

Azərbaycanın mozaika irsi: rəmzlər və süjetlər

AzMİU-nun qadın əməkdaşlarının yaradıcılıq sərgisi açılıb

Qazaxıstan transəfqan dəmir yolunun tikintisində iştirak etməyə hazırdır

Xocalıda insan qalıqları aşkarlanıb VİDEO

Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nigeriyada yüzdən çox məhbus həbsxanadan qaçıb

AzTU-da gənc alimlər üçün seminar keçirilib

“Tesla” insanabənzər “Optimus” robotlarının satışına başlayacaq

ABŞ Dövlət katibi Antoni Blinken Pekinə gəlib

“Milli Azərbaycan Tarixi Muzeyinin arxeoloji silah kolleksiyası” – seminar

“Azərkosmos”un rəhbəri beynəlxalq konfrans iştirakçılarını ölkənin kosmik sahədə prioritetləri haqqında məlumatlandırıb

Fuat Oktay: Bakıda keçirilən toplantının əməkdaşlığımıza töhfə verəcəyinə inanırıq VİDEO

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə I sinfə qəbulla bağlı 27 alternativ qeydiyyat mərkəzi yaradılıb

“Qəbələ”nin hücumçusu Türkiyədə əməliyyat olunub

Səməd Seyidov: Türk dünyası böyük bir fenomenə çevrilib VİDEO

“Code For Future”nin məzunu olan AzMİU tələbələrinə diplom və sertifikatlar verilib

Bakıda dünya qastroenteroloqlarının iyirminci beynəlxalq konqresi işə başlayıb - YENİLƏNİB

Mehmet Süreyya Er: Türk dünyasında sürətlə inkişaf edən əməkdaşlıq zamanın tələbidir

“Yüksəliş” müsabiqəsinin “Ümumi biliklər imtahanı”nın nəticələri açıqlanıb

Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ikinci iclası Türkiyədə keçiriləcək

Yaylaqlara köç edəcək fermerlər üçün mina təhlükəsizliyi ilə bağlı təlimlər başa çatıb

Vergi orqanlarına vətəndaş müraciətlərinin sayı azalıb

Qırğız parlamentarisi: Türk dövlətləri arasında əlaqələr intensivləşir

İİTKM-də türk dünyasının iqtisadi potensialının araşdırılması barədə özbək nümayəndə heyəti məlumatlandırılıb

Bolqarıstan parlamenti spikeri istefaya göndərib

Nazir: Bu ildən Azərbaycan qazının Macarıstana tam təchizatına başlanılıb

Azərbaycan üzgüçüsünün “Paris-2024”də iştirakı üçün Beynəlxalq Paralimpiya Komitəsinə müraciət olunub - EKSKLÜZİV

AQTA COP29-la bağlı keçirdiyi monitorinqdə 93 müəssisədə nöqsanlar aşkarlayıb

Yasemi Öztürk: Ölkələrimiz arasında əlaqələr Qarabağ Zəfərindən sonra daha dinamik xarakter alıb