ELM VƏ TƏHSİL


“Azərbaycan naminə” esse müsabiqəsi davam edir

Bakı, 10 fevral, AZƏRTAC

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi tələbələr arasında “Azərbaycan naminə” adlı esse yazı müsabiqəsi elan edib.

Azərbaycan İlahiyyat İnstitutundan AZƏRTAC-a bildirilib ki, müsabiqədə bu ali təhsil müəssisəsi ilə yanaşı, Bakı Dövlət Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Bakı Ali Neft Məktəbi, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Bakı Mühəndislik Universiteti, Bakı Slavyan Universiteti, Gəncə Dövlət Universiteti və Lənkəran Dövlət Universitetinin tələbələri iştirak edə bilərlər.

Esse müsabiqəsinə təqdim olunan yazılar “Vətənpərvərlik və şəhidlik zirvəsi”, “Azərbaycançılıq məfkurəsi”, “Mənəvi dəyərlərimiz” mövzularını əhatə etməlidir. Müsabiqədə iştirak etmək istəyən tələbələr esseləri martın 10-dək [email protected]  elektron poçt ünvanına göndərə bilərlər.

Müsabiqədə qaliblər 1-ci yer 800 manat (1 nəfər), 2-ci yer 600 manat (2 nəfər), 3-cü yer 400 manat (3 nəfər), həvəsləndirici yer 150 manat (5 nəfər) olmaqla mükafatlandırılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.