İQTİSADİYYAT


Azərbaycan narının yeni ixrac bazarlarına çıxarılması üçün tələb olunan keyfiyyət standartları müzakirə edilib

Azərbaycan narının yeni ixrac bazarlarına çıxarılması üçün tələb olunan keyfiyyət standartları müzakirə edilib

Bakı, 14 mart, AZƏRTAC

Nar ixracatçıları ilə onlayn görüş keçirilib. Görüşdə Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Gömrük Komitəsi, Qida Təhlükəsizliyi, Kiçik və Orta Biznesin İnkişafı (KOBİA), İxracın və İnvestisiyaların Təşviqi (AZPROMO) agentliklərinin, Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının əməkdaşları iştirak ediblər.

AZPROMO-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə ixracın şaxələndirilməsi məqsədilə narın yeni ixrac bazarlarına çıxarılması üçün tələb olunan keyfiyyət standartları, agentlik tərəfindən göstərilən dəstək tədbirləri, xüsusilə sertifikatlaşma və korporativləşmə ilə bağlı məlumat verilib, fermerlərin sualları cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.