İQTİSADİYYAT
Azərbaycan növbəti Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda iştiraka dəvət olunub
Bakı, 9 dekabr, AZƏRTAC
Gələn il iyunun 3-6-da növbəti Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu keçiriləcək. Azərbaycandan olan partnyorlarımızı bu forumda iştiraka dəvət edirik.
AZƏRTAC xəbər verir ki, bu barədə dekabrın 9-da Bakıda keçirilən Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası Dövlət Komissiyasının 18-ci iclasında Rusiyanın İqtisadi İnkişaf naziri, komissiyanın həmsədri Maksim Oreşkin deyib.
M.Oreşkin qeyd edib ki, ildən-ilə forumun əhatə dairəsi genişlənir. 1997-ci ildən keçirilən, qabaqcıl platformaya çevrilmiş forum dünyanın əhəmiyyətli iqtisadi tədbirlərindəndir, 2006-cı ildən Rusiya Federasiyasının Prezidentinin himayəsi və iştirakı ilə təşkil edilir: “Forumun keçirilməsində məqsəd rəsmilərin, biznes və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə iqtisadi problemlərin həlli istiqamətində müzakirələrin aparılmasıdır. Bu forumda sizi, Şahin Mustafayev başda olmaqla və Azərbaycan nümayəndə heyətini görməkdən məmnun olardıq”.