İDMAN


Azərbaycan nümayəndə heyəti Avropa Olimpiya Komitəsinin prezidenti vəzifəsinə seçkilərdə iştirak edib

Bakı, 10 iyun, AZƏRTAC

Avropa Olimpiya Komitəsinin (AOK) iyunun 10-da Afinada keçirilən 50-ci Baş Assambleyasında Yunanıstanın Milli Olimpiya Komitəsinin prezidenti Spiros Kapralos AOK-un prezidenti seçilib.

Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, o, AOK tarixində 9-cu prezident kimi səlahiyyətlərinin icrasına başlayıb.

Azərbaycanı toplantıda Milli Olimpiya Komitəsinin nümayəndələri – MOK baş katibinin müavini Azər Əliyev, marketinq şöbəsinin müdiri Mehman Kərimov, beynəlxalq şöbənin rəhbəri Anar Bağırov, eləcə də Avropa Gimnastika Federasiyasının prezidenti Fərid Qayıbov və Azərbaycanın Yunanıstandakı səfiri Anar Hüseynov təmsil ediblər.

AOK-un Baş Assambleyasının toplantısında qurumun digər orqanlarına da seçkilər keçirilib. AOK-un baş katibi vəzifəsinə Rafael Paqnozzi (İtaliya), vitse-prezidenti vəzifəsinə isə Daina Qudzineviciute (Litva) seçilib. 2021-2025-ci illər üçün AOK İcraiyyə Komitəsinə isə Jan Mişel Brun (Fransa), Annamari Felps (Böyük Britaniya), Berit Kyoll (Norveç), Hasan Arat (Türkiyə), Corce Visatski (Serbiya), Viktoriya Kabezas (İspaniya), Xose Manuel Arauxo (Portuqaliya), Mixay Kovaliu (Rumıniya), Zlatko Matesa (Xorvatiya), Kristina Vasilianov (Moldova), Liney Halldorsdottir (İslandiya) və Uşi Şmitz (Almaniya) seçiliblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.