SİYASƏT


Azərbaycan nümayəndə heyəti Avropa Şurası Konqresinin sessiyasında iştirak edəcək

Azərbaycan nümayəndə heyəti Avropa Şurası Konqresinin sessiyasında iştirak edəcək

Bakı, 19 mart, AZƏRTAC

Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin Strasburq şəhərində keçiriləcək 44-cü sessiyasının işində Azərbaycan nümayəndə heyəti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üzvü Anar İbrahimovun rəhbərliyi ilə iştirak edəcək.

AZƏRTAC xəbər verir ki, Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin Baş katibi Matye Morinin rəsmi məktubu ilə Konqresdəki Azərbaycan nümayəndə heyəti qurumun 44-cü sessiyasında iştirak üçün dəvət olunub.

Sessiya martın 21 və 23-də Strasburq şəhərində keçiriləcək. Əlavə olaraq, Avropa Şurası Konqresində Azərbaycan nümayəndə heyətinin üzvlərinin bu gün üzv olduqları siyasi partiya qruplarının iclaslarında iştirakı nəzərdə tutulub.

Konqresin 44-cü sessiyasında Avropa Şurasının Baş katibi Mariya Peyçinnoviç Buriç və Avropa Şurası Parlament Assambleyasının Prezidenti Tini Koksun çıxışları nəzərdə tutulur. Sessiya zamanı bir sıra Avropa Şurası ölkələrində Avropa Yerli özünüidarəetmə Xartiyasının tətbiqinin və seçki nəticələrinin monitorinqinin müzakirəsi də planlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.