CƏMİYYƏT


Azərbaycan nümayəndə heyəti Avstriyada “Beynəlxalq tarla günü”nə həsr olunmuş konfransda iştirak edib

Bakı, 4 sentyabr, AZƏRTAC

Avqustun 27-dən 30-dək Avstriyanın SAATBAU şirkətinin təşkilatçılığı ilə “Beynəlxalq tarla günü”nə həsr olunmuş konfrans keçirilib. Konfransa dünyanın 20-dən artıq ölkəsinin nümayəndələri ilə yanaşı, Azərbaycandan da nümayəndə heyəti qatılıb. Ölkəmizi bu tədbirdə Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin rəisi İmran Cümşüdov və özəl toxumçuluq şirkətinin nümayəndələri təmsil ediblər.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, tədbirin əsas məqsədi şirkət tərəfindən yaradılmış qarğıdalının sort/hibridlərinin əkin sahələrinə baxış keçirmək, qabaqcıl texnologiyanı öyrənmək, hibrid qarğıdalının alınma metodları ilə tanış olmaq və bu sahədə fikir mübadiləsi aparmaq idi.

Tədbir çərçivəsində Qaynberq şəhərində yerləşən qarğıdalı istehsalı və toxumçuluğu üzrə ixtisaslaşmış ən müasir modern zavodun, həmçinin Leondunde şəhərində yerləşən SAATBAU şirkətinin toxumçuluq zavodunun fəaliyyəti ilə tanışlıq olub, yeni yaradılmış hibrid qarğıdalının əkin sahələrinə baxış keçirilib.

“Beynəlxalq tarla günü”nə həsr olunmuş konfransda çıxış edən SAATBAU şirkətinin nümayəndələri müəssisənin əsas fəaliyyət istiqamətləri və qarşıda duran vəzifələr, qarğıdalının sort/hibridlərinin müasir metodlarla yaradılmasına dair təqdimatlarla çıxış ediblər.

Azərbaycan nümayəndə heyəti konfrans çərçivəsində bir sıra səmərəli görüşlər keçirib, qarğıdalının sort və hibridlərinin yaradılmasında tətbiq olunmuş müasir texnologiyanın ölkəmizdə istifadəsi, gələcəkdə Azərbaycanda hibrid qarğıdalı toxumu istehsalının təşkili üçün birgə layihələr həyata keçirilməsi məsələlərini müzakirə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.