CƏMİYYƏT


Azərbaycan nümayəndə heyəti Azərbaycan-Monteneqro İqtisadi və Mədəni Mərkəzinin fəaliyəti ilə tanış olub

Bakı, 14 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Sədr müavini Rüfət Rüstəmzadənin rəhbərlik etdiyi nümayəndə heyəti Monteneqroya səfər edib.

Səfər çərçivəsində nümayəndə heyətinin üzvləri Azərbaycan-Monteneqro İqtisadi və Mədəni Mərkəzini ziyarət etdi.

Mərkəzin direktoru Sеыран Mirzəzadə qonaqlara Azərbaycan-Monteneqro əlaqələri, mərkəzin fəaliyyəti, həyata keçirdiyi layihələr və tədbirlər haqqında ətrafll məlumat verdi, bu yaxınlarda Monteneqro məktəbliləri arasında keçirilən "Azərbaycan mənim gözümlə" rəsm sərgisi və cari ilin yanvar ayından bəri həyata keçirilən "Azərbaycanın görkəmli şəxsiyyətləri Monteneqro dilində" layihəsi maraqla qarşılandıgindan qonaqları məlumatlandırdı.

Rüfət Rüstəmzadə Mərkəzin Azərbaycanın təbliğatı istiqamətində apardığı işləri yüksək qoymətləndirmiş və gələcək fəaliyyətlərdə uğurlar arzuladı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.