İQTİSADİYYAT


Azərbaycan nümayəndə heyəti Çinə gedəcək

Şanxay şəhərində "Azərbaycan Şərab Evi" açılacaq

Bakı, 2 noyabr, AZƏRTAC

İqtisadiyyat naziri, Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərliyi ilə rəsmi şəxslərdən və sahibkarlardan ibarət nümayəndə heyəti noyabrın 4-dən 8-nə kimi Çin Xalq Respublikasında səfərdə olacaq.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nümayəndə heyəti Şanxayda keçiriləcək və Azərbaycanın vahid ölkə stendinin də nümayiş olunacağı Birinci Çin Beynəlxalq İdxal Sərgisində, sərgi çərçivəsində təşkil olunacaq "Ticarət və investisiya", "Bir kəmər - Bir yol: ekoloji kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi", "Qlobal ticarət və beynəlxalq logistika" mövzularına həsr olunmuş forumlarda iştirak edəcək.

Azərbaycan nümayəndə heyətinin Çinə səfəri zamanı Şanxay şəhərində "Azərbaycan Şərab Evi" açılacaq.

Səfər çərçivəsində iqtisadiyyat naziri Şahin Mustafayev Çin rəsmiləri ilə görüşlər keçirəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.