CƏMİYYƏT


Azərbaycan nümayəndə heyəti Daşkənddə İslam abidələri ilə və məscidlərlə tanış olub

Daşkənd, 20 oktyabr, АZƏRTAC

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti “İslam həmrəyliyi Özbəkistan-Azərbaycan dostluğu timsalında” mövzusunda beynəlxalq konfrans çərçivəsində Daşkənddəki İslam abidələri ilə və məscidlərə tanış olub.

AZƏRTAC xəbər verir ki, nümayəndə heyətinin üzvləri “Barak xan” mədrəsəsində olub, dindarlarla görüşüblər.

Allahşükür Paşazadə ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olmasından danışıb, din sahəsində əməkdaşlığın inkişaf etdiyini bildirib və Özbəkistanda təhsil aldığı illəri xatırlayıb.

Nümayəndə heyətinin üzvləri “Moy Mubarak” mədrəsəsində saxlanılan “Qurani-Kərim”in nadir nüsxəsi ilə tanış olublar. Bildirilib ki, VII əsrə aid “Qurani-Kərim”i Səmərqəndə XIV əsrdə Əmir Teymur gətirib.

Qonaqlar İmam Buxari adına Daşkənd İslam İnstitutuna da baş çəkiblər. Təhsil ocağının müəllim və tələbə heyəti ilə keçirilən görüşdə şeyxülislam Allahşükür Paşazadə bildirib ki, o, əvvəlcə Buxaradakı “Mir Ərəb” mədrəsəsində, sonra isə bu institutda təhsil alıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı instituta “Azərbaycanın seçilmiş İslam abidələri” kitabını hədiyyə edib.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti, həmçinin Daşkənd İslam Universitetində olub.

Xatırladaq ki, nümayəndə heyətinə Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik Akif Əlizadə, Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov, aqrar siyasət komitəsinin sədri, Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Eldar İbrahimov, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, deputat Hikmət Babaoğlu, deputat Cavanşir Paşazadə və başqaları daxildir.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.