İDMAN
Azərbaycan nümayəndə heyəti Dohada Beynəlxalq Atletika Federasiyasının 52-ci seçki-hesabat konqresində iştirak edəcək
Bakı, 23 sentyabr, AZƏRTAC
Sentyabrın 24-26-da Qətərin paytaxtı Dohada Beynəlxalq Atletika Federasiyasının 52-ci seçki-hesabat konqresi keçiriləcək.
AZƏRTAC xəbər verir ki, konqresdə ölkəmizi Azərbaycan Atletika Federasiyasının prezidenti Çingiz Hüseynzadə və baş katibi Məhərrəm Sultanzadə təmsil edəcəklər.
Konqresdə digər məsələlərlə yanaşı, sentyabrın 27-dən oktyabrın 6-dək bu şəhərdə təşkil olunacaq dünya çempionatı ilə bağlı da müzakirələr aparılacaq. Azərbaycan yığma komandasının da qatılacağı dünya çempionatında 209 ölkədən 1900 idmançı yarışacaq.
Ölkəmizi çempionatda yığma komandanın rəhbəri, baş məşqçi Bəhruz Salehli, məşqçilər Ziyad Xəlfəyev və Artyom Rubanko, idmançılardan Nazim Babayev, Aleksis Kopello (üç təkanla tullanma), Evans Kiplaqat (marafon qaçışı) və Anna Skidan (çəkic atma) təmsil edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [17:11]
Premyer Liqa: Dörd oyuna hakim təyinatları açıqlanıb
- 28.03.2024 [17:09]
Azərbaycan ağırlıqqaldıranları üçün antidopinqlə bağlı seminar keçirilib
- 28.03.2024 [16:16]
Dünyanın futbol üzrə ən dəyərli “onbirliyi” açıqlanıb
- 28.03.2024 [14:22]