SİYASƏT
Azərbaycan nümayəndə heyəti GUAM-ın Şura iclasında iştirak edəcək
Kiyev, 20 sentyabr, AZƏRTAC
Sentyabrın 20-21-də Ukraynanın paytaxtı Kiyev şəhərində GUAM-ın Milli Əlaqələndiricilər Şurasının 47-ci iclası keçiriləcək.
AZƏRTAC xəbər verir ki, iclasın ilk günü quruma üzv olan ölkələrin ekspertləri səviyyəsində müzakirələr başlayacaq. GUAM çərçivəsində siyasi, iqtisadi əməkdaşlığın perspektivləri müzakirə olunacaq.
Sentyabrın 21-də isə GUAM-a üzv olan ölkələrin xarici işlər nazirlərinin müavinlərinin iştirakı ilə iclasın rəsmi açılışı olacaq. Toplantıda Azərbaycanı xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev təmsil edəcək.
İclasın sonunda protokol imzalanacaq.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev