İQTİSADİYYAT


Azərbaycan nümayəndə heyəti İranın enerji naziri ilə görüşüb

Tehran, 16 sentyabr (AZƏRTAC). Azərbaycan-İran hökumətlərarası müştərək iqtisadi komissiyanın həmsədri, iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti sentyabrın 16-da İran İslam Respublikasının enerji naziri Bijən Namdar Çitçiyan ilə görüşüb.

Görüşdə iki ölkə arasında energetika sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olub. Qeyd edilib ki, İran ilə Azərbaycan dost və qardaş dövlətlərdir. İran Azərbaycanla elektrik enerjisi mübadiləsini müsbət qarşılayır. Qarşıdakı 6 ay ərzində Parsabad-İmişli elektrik ötürücüsü xəttinin inşası başa çatacaq və bu xəttin istifadəyə verilməsi iki ölkə arasında elektrik enerjisi mübadiləsini 600 meqavatadək yüksəldəcək. Hər iki tərəf bu xəttin inşasına böyük həcmdə sərmayə qoyub. Dövlətlərin elektrik enerjisi sistemlərinin birləşməsi şəbəkələrin davamlılığını artıracaq.

Tərəflər birgə istifadə üçün sərhəd zonasında 1000 meqavat gücündə elektrik stansiyasının tikilməsi məsələsi də nəzərdən keçiriblər. Qərara alınıb ki, bu məsələ ekspertlər səviyyəsində öyrənilsin və konkret təkliflər hazırlansın.

Görüşdə alternativ enerji mənbələrindən istifadə və bu sahədə əməkdaşlıq məsələsinə də toxunulub. Qeyd olunub ki, Azərbaycan İranın alternativ enerji sahəsinə sərmayə qoymağa hazırdır.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.