CƏMİYYƏT


Azərbaycan nümayəndə heyəti İstanbulda Heydər Əliyev Parkını ziyarət edib

Bakı, 19 may, AZƏRTAC

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti İstanbul şəhərindəki Heydər Əliyev Parkını ziyarət edib.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, ümummilli lider Heydər Əliyevin parkdakı abidəsi önünə gül dəstələri qoyulub, xatirəsi ehtiramla yad edilib.

Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün parkda yerləşən abidəsi də ziyarət edilərək önünə gül dəstələri qoyulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.