İQTİSADİYYAT


Azərbaycan nümayəndə heyəti İsveçrəyə səfər edəcək

Bakı, 25 iyun, AZƏRTAC

İyunun 27-29-da İqtisadiyyat naziri, Azərbaycan Respublikası Hökuməti ilə İsveçrə Federal Şurası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti İsveçrəyə səfərə gedəcək.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində Azərbaycan Respublikası Hökuməti ilə İsveçrə Federal Şurası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 8-ci iclası, İsveçrə rəsmiləri ilə görüşlər keçiriləcək, biznes forum təşkil ediləcək, əməkdaşlığın genişləndirilməsi perspektivlərinə dair müzakirələr aparılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.