İDMAN


Azərbaycan nümayəndə heyəti Latviyada Milli Olimpiya komitələrinin forumunda iştirak edəcək

Bakı, 6 iyun, AZƏRTAC

İyunun 8-9-da Latviyanın paytaxtı Riqada MDB və Baltikyanı ölkələrin və Gürcüstanın Milli Olimpiya komitələrinin forumu keçiriləcək.

AZƏRTAC xəbər verir ki, forumda adı çəkilən Milli Olimpiya komitələrinin prezident, vitse-prezident və üzvləri iştirak edəcəklər. Azərbaycan tədbirdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və baş katibin müavini Azər Əliyev ilə təmsil olunacaq.

On iki ölkənin Milli Olimpiya komitələrinin 50-yə yaxın nümayəndə heyəti birgə fəaliyyət, tibbi təminat məsələləri, habelə idman bazalarının və mərkəzlərinin istifadəsi və təlim-məşq proseslərinin həyata keçirilməsində qarşılıqlı fəaliyyət, beynəlxalq idman təşkilatları səviyyəsində əməkdaşlıq perspektivləri müzakirə olunacaq.

Forum Beynəlxalq Olimpiya Komitəsinin “Olimpiya həmrəyliyi” proqramı çərçivəsində keçiriləcək.

Tədbir çərçivəsində MOK-un baş katibinin müavini Azər Əliyev “MOK Azərbaycanın Olimpiya Gündəliyi-2020 komissiyası üzrə fəaliyyəti və yenilikləri” mövzusunda məruzə ilə çıxış edəcək.

Forumun iştirakçıları “Olimpiya hərəkatı”, Olimpiya və Avropa Oyunları, “Olimpiya Gündəliyi-2020”, idmanın təşviqi və digər mövzularda çıxışlar edəcəklər.

İki gün davam edəcək tədbirin birinci günündə məruzələr dinləniləcək. İyunun 9-da isə müxtəlif idman obyektləri ilə tanışlıq olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.