İDMAN


Azərbaycan nümayəndə heyəti Londonda “Leaders in sport” sammitində iştirak edir

Bakı, 10 oktyabr, AZƏRTAC

İngiltərənin paytaxtı Londondakı “Stanford Bridge” stadionunda “Leaders in sport” sammiti keçirilir.

AZƏRTAC xəbər verir ki, tədbirdə müxtəlif idman növləri üzrə dünyanın bir çox ölkələrini təmsil edən federasiyaların rəsmiləri ilə yanaşı, idmana bu və ya digər şəkildə bağlılığı olan tanınmış şirkət və təşkilatların təmsilçiləri də iştirak edirlər.

2019-cu ildə Bakıda təşkil olunacaq UEFA Avropa Liqası turnirinin final qarşılaşmasının yerli Təşkilat Komitəsinin üzvləri də sammitdə təmsil olunurlar. Nümayəndə heyətinin rəhbəri, AFFA-nın baş katibi Elxan Məmmədov sammitdə bir sıra rəsmi şəxslərlə işgüzar görüşlər keçirib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.