İDMAN


Azərbaycan nümayəndə heyəti MOKA-nın Baş Assambleyasında iştirak edir

Bakı, 28 noyabr, AZƏRTAC

Yaponiyanın paytaxtı Tokioda Milli Olimpiya Komitələri Assosiasiyasının (MOKA) Baş Assambleyası keçirilir.

AZƏRTAC xəbər verir ki, tədbirdə ölkəmizi Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadənin rəhbərliyi ilə nümayəndə heyəti təmsil edir. Heyətdə MOK-un baş katibinin müavini Azər Əliyev, beynəlxalq əlaqələr idarəsinin rəisi Anar Bağırov və marketinq idarəsinin rəisi Mehman Kərimov yer alıblar.

Assambleya çərçivəsində MOKA-nın audit və maliyyə, marketinq, atletlər, beynəlxalq əlaqələr və tibbi komissiyalarının iclasları keçirilib və məruzələr dinlənib. Gənclər komissiyasının və MOKA-nın İcraiyyə Şurasının iclasları da gündəliyə daxil edilib.

Noyabrın 28-dən MOKA-nın Baş Assambleyası işə başlayıb. Assambleyada 206 Milli Olimpiya Komitəsindən 1400-dək nümayəndə iştirak edib. Tədbir MOKA-nın prezidenti Şeyx Əhməd Al-Fasad Al-Sabahın açılış nitqi ilə başlayıb.

Assambleya iştirakçılarının “Tokio 2020” Yay Olimpiya Oyunlarının keçiriləcəyi yarış obyektləri ilə tanışlığı da nəzərdə tutulub.

Sonda Beynəlxalq Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin iclası keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.