CƏMİYYƏT


Azərbaycan nümayəndə heyəti Misirdə beynəlxalq konfransda iştirak edəcək

Qahirə, 27 iyul, AZƏRTAC

Avqustun 2-3-də Qahirədə “Fətva evləri rəqəmsal texnologiyalar dövründə: İnkişaf problemləri və əməkdaşlıq mexanizmləri” mövzusunda beynəlxalq konfrans keçiriləcək. Ümumdünya Fətva Evləri və Heyətləri Baş katibliyinin təşkilatçılığı ilə baş tutacaq tədbir Misir Prezidenti Əbdülfəttah əl-Sisinin himayəsi ilə təşkil olunur.

Bu barədə AZƏRTAC-a məlumat verən Ümumdünya Fətva Evləri və Heyətləri Baş katibliyinin müşaviri, tədqiqatçı-alim Seymur Nəsirov bildirib ki, Azərbaycan beynəlxalq konfransda Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini, müfti Hacı Salman Musayevin başçılıq etdiyi nümayəndə heyəti ilə təmsil olunacaq. Tədbirdə 85 ölkədən fətva evlərinin rəhbərləri, baş müftilər, nazirlər, ilahiyyatçı alimlər və ictimai xadimlər iştirak edəcəklər.

Beynəlxalq konfransda fətva institutunun rəqəmsal texnologiyalar əsasında qurulması, İslam dünyasında fətva evlərinin statusunun və ictimaiyyət arasında nüfuzunun artırılması və sair aktual məsələlər müzakirə olunacaq. Tədbir çərçivəsində üç seminar təşkil olunacaq, həmçinin “Misirin fətva elmləri müəllimi” ensiklopediyasının təqdimatı keçiriləcək.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.